“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Təsərrüfatını sığortalamış fermerlər ziyan edərlərsə, yardım ala bilər - RƏSMİ

Tarix 29.07.20, 16:06

Font ölçüsü : - / +
bitmap-img6


Təsərrüfatını sığortalamış fermerlər təbii fəlakət nəticəsində ziyan görərlərsə, onlar yardım ala biləcək. Aqrar sığorta fermerlərin və təsərrüfat sahiblərinin məhsullarını və gəlirlərini qoruyacaq.

Trend-in məlumatına görə, bunu Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib.

F.Sadıqov bildirib ki, Aqrar Sığorta Fondu kommersiya təşkilatı olmadığından onun işi mənfəət əldə etmək deyil, fermerlərin məhsullarını və qazanclarını qorumaqdır. Bu da imkan verəcək ki, fermerlər bu sahədə uzun müddət və rahat fəaliyyət göstərə bilsinlər:

“Təsərrüfatını sığortalamış fermer 10 hektarlıq sahədə taxıl əkib və mövsümün sonunda 600 sentner məhsul əldə etməyi gözləyir. Tutaq ki, həmin müddət ərzində bu ərazidə hər hansı təbii fəlakət, məsələn subasma, yanğın və ya digər hadisə baş verir və fermer 3 hektar sahədə məhsulunu itirir. Nəticədə bu sahədən artıq gözlənildiyi kimi, 600 sentner deyil, tutaq ki, 420 sentner məhsul əldə ediləcək. Yəni fermer 180 sentner məhsulu itirir. Fondumuzun da məqsədi odur ki, fermerin qarşılaşdığı itkiləri qarşılasın, onun əvəzini fermerə ödəsin. Yəni sözügedən misalda Fond, itirilən 180 sentner taxılın dəyərini bazar qiyməti nəzərə alınmaqla fermerə ödəyəcək”.




Xəbərin oxunma sayı : 769




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap