Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Tibb işçilərinə 58.3 milyon manat verilib - Agentlik koronavirusa görə ödənilən vəsaiti açıqladı

Tarix 10.08.20, 18:49

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəklərdə və mediada yeni növ koronavirus infeksiyasına yoluxan tibb işçilərinin maaşlarına əlavələrin kəsilməsi barədə məlumatlar yayılır.

"AzPolitika.info" belə xəbərlərə aydınlıq gətirmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə informasiya sorğusu göndərib.

Qurumun Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentindən sorğuya verilən cavabda bildirilir ki, Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması həmin tibb müəssisələri tərəfindən aparılır. Agentlik dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq 3 iş günü ərzində müddətli əlavələrin ödənilməsini təmin edir.

Məlumatda daha sonra qeyd olunur ki, Prezidentin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına uyğun olaraq Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə mart, aprel, may və iyun ayları üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilib. 

"Belə ki, mart ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 24 388 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə 13 245 nəfərə 14.1 milyon manat, may ayı üzrə 11 638 nəfərə 14.3 milyon manat, iyun ayı üzrə isə 14 767 nəfərə 18,2 milyon manat müddətli əlavələr ödənilib"-deyə Agentliyin məlumatında bildirilir.



Xəbərin oxunma sayı : 2152




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap