Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tibb işçilərinin əmək haqları artırılacaq - VİDEO

Tarix 17.04.19, 1:34

Font ölçüsü : - / +
bitmap-img6


Xəstəxanaların bütün ölkə üzrə icbari tibbi sığortaya keçidi ilə bağlı ciddi hazırlıq gedir.

Xezerxeber.az-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə İşinin Təşkili Departamentinin şöbə müdiri Şərafət İsmayılova deyib ki, 2020-ci ildən etibarən bütün ölkə üzrə icbari tibbi sığortanın həyata keçirilməsi nəzərdə tutulub. 2019-cu il isə icbari tibbi sığortaya hazırılıq ili elan olunub. Bu məqsədlə də mütəmadi şəkildə tibb müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilir. Sonuncu belə görüş bir neçə gün əvvəl təşkil edilib və tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə naziri Oqtay Şirəliyev və 160-a yaxın dövlət tibb müəssisəsinin rəhbərləri iştirak edib. Əsas müzakirə mövzusu isə xəstəxanaların ilkin qiymətləndirilməsi olub.

Şərafət İsmayılovanın sözlərinə görə, 2020-ci ildən xəstəxanalarda yeni keyfiyyət standartlarının tətbiqi də həyata keçiriləcək.

Agentlik rəsmisi qeyd edib ki, bölgələrdəki tibb müəssisələrinin də keyfiyyətli kadrlarla təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Hazırda Agentlikdə tibb işçilərinin əmək haqlarının artırlması ilə bağlı sənədlər üzərində iş gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:






Xəbərin oxunma sayı : 673




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap