Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tibbi maskanın tarixi: Nə vaxt, necə, niyə yaranıb? - İlk qorxunc maskanın sirri

Tarix 24.06.20, 23:39

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda gündəlik istifadə etdiyimiz vasitəyə çevrilən, az qala hamımıza tibbi görkəm verən maskanın belə məşhur olacağı ağlınıza gəlirdimi?

Bəs ilk maskanı kim icad edib?

Medicina.az tibbi maskanın bu günə qədər tarixi yolunu araşdırıb.

İlk maska qarğa başı formasında olub, çox qorxulu idi.

XVII əsrdə Avropada, Fransada geniş yayılmış vəba, taun epidemiyası zamanı həkim Çarl Lorm tərəfindən xüsusi kostyumla birgə icad edilmişdi.

Bu kostyuma palto, əlcək, şlyapa və qarğa dimdiyi formasında bütün üzü örtən maska daxil idi. Bu maskanı içəridən qurudulmuş bitki otları, kamfora və xüsusi dezinfeksiya edici toz örtürdü.

Maska respirator kimi işləyirdi. Göz hissəsinə şüşə taxılmışdı.

Həkimlər bu kostyumda vəbalı xəstələrin meyitini müayinə edir, xəstələri yoxlamağa gedir və küçələrdə rahat gəzirdilər.

XIX əsrin sonunda Pol Berjer və Yohan Radeçkiy müasir tibbi maskaya bənzər yeni maska icad etdilər. Maskanın icadına təkanı mikrobioloq Karl Flüqqenin insan ağız suyunda patogen bakteriya və mikrob aşkarlaması oldu. Burdan belə qənaətə gəldilər ki, əməliyyat zamanı cərrahın və həkimlərin ağız suyundan yaraya keçib, infeksiya yarada bilərdi.

1897-ci ildə Pol Bercer 6 qat kisey materialdan ibarət maska istifadə etməyə başladı. O, bu yolla xəstələrin ağız suyu və tüpürcəyindən özünü təcrid edirdi. 1 il ərzində maskanın effekti müşahidə olundu və həqiqətən tibbi personal arasında xəstələrdən yoluxmanın azaldığı sübut olundu.

Eyni ildə cərrah Yohan Mikuliç tənzif maska və əlcəklərdən istifadə etməyə başladı.

1920-ci ildə artıq tibbi maskadan Avropa ölkələrinin çoxunda əməliyyatxanalarda istifadə edildi. Eləcə də adi insanlar tərəfindən ispanka qripi pandemiyası dövründə və I dünya müharibəsində taxıldı.

Əvvəllər materiallar kisə kimi material, tənzif və parçadan idi. İndiki maskalar isə polimer liflərdən hazırlanır.Tibb maskalar müxtəlif cür olur və qatların sayı və filtrasiyasına görə fərqlənir.

Maska tənəffüs yollarını qızılca, vərəm, qrip, parotit və s xəstəliklərdən qoruya bilər. Amma o üzə tam oturmadığından aradakı məsafədən 50% virus hissəciyi keçə bilər. Ona görə maska insanı tam qoruyur düşümək doğru deyil.

Bir tibbi maska taxıldıqdan sonra təkrar istifadə edilə bilməz. Epidemiya zamanı hər 3 saatdan bir yenilənməlidir.

Qoruma dərəcəsi yüksək olan maska kömürlü filtrasiyalı maskalardır. Onlar toz, kimyəvi maddə və mikroorqanizm zərrəciklərini buraxmır. Laboratoriya işçiləri üçün idealdır. Bu maskanı 8 saat istifadə etmək olar.



Xəbərin oxunma sayı : 4012




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap