“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi - MƏHKƏMƏ

Tarix 17.01.25, 12:26

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun ötən həftə ev dustaqlığına buraxılmış oğlu Mir Heydər İsmayılov yenidən həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi zərərçəkmişlərin şikayəti əsasında belə qərar qəbul edib.

Hakim dəymiş ziyanın tam ödənilmədiyini, zərərçəkmişlərlə barışıq əldə edilmədiyini əvvəlki qərarın ləğvi üçün əsaslar hesab edib.

Təqsirləndirilən İsmayılovun vəkili Orxan Zeynalov isə şikayətə etiraz edib. O, müvəkkilinin ağır xəstəlikdən əziyyət çəkdiyini və təqsirinin sübuta yetirilmədiyini deyib.  

Hakim Elbəy Allahverdiyev tərəfləri dinlədikdən sonra Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın qərarını əsassız sayıb.

Mir Heydər İsmayılov barəsində təkrar həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. 

Qeyd edək ki, Mir Heydər İsmayılov iki nəfərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verərək onların 810 min manatını ələ keçirməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. İsmayılov əvvəl həbs edilsə də bir müddət sonra ev dustaqlığına buraxılıb.



Xəbərin oxunma sayı : 1111




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap