“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

TOPAZ-a rəqib gəldi - RƏSMİ

Tarix 01.03.21, 23:38

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır.

AzFakt.com xəbər verir ki, bu barədə "Report"a "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev məlumat verib.

Onun sözlərinə görə, yeni şirkətin ölkə bazarına daxil olması TOPAZ-ın fəaliyyətinə mənfi təsir etməyəcək: "Sadəcə, təbii inhisarçılıqdan rəqabət sisteminə keçəcəyik. Hər iki şirkət sağlam rəqabət əsasında fəaliyyət göstərəcək".

M.Tağıyev hesab edir ki, yeni bukmeyker şirkətinin adı "Azərlotereya" olacaq: "Sadəcə, idarəetmə Türkiyə şirkətinə veriləcək. Düşünürəm ki, mərc oyunları operatoru öz adı ilə fəaliyyət göstərəcək. Bu, mənim subyektiv fikrimdir. Çünki artıq bu şirkətin özü brendə çevrilib. İstənilən halda, hər şey Türkiyə şirkətinin səlahiyyətindədir. Bilmirəm, bəlkə də adı dəyişər".

İdarə Heyətinin sədri mərc oyunlarına nəzarəti yenə "Azəridmanservis" MMC-nin həyata keçirəcəyini diqqətə çatdırıb: "Mərc oyunları ilə məşğul olan ilk şirkətin əvvəlki adı "Azərinteltek" olub. Bu şirkət isə proqram təminatı baxımından Yunanıstanda fəaliyyət göstərən "İntralot"dan qidalanıb. İdarəetməni həyata keçirən yeni şirkətin adı isə "Caspian Tech"dir. O isə artıq Azərbaycan şirkətidir. "Azəridmanservis" Gənclər və İdman Nazirliyi tərəfindən ümumi nəzarəti həyata keçirmək üçün təsis olunmuşdu".

Qeyd edək ki, yanvarın 16-da Prezident İlham Əliyev "Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərlotereya” ASC Türkiyənin "Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib və İqtisadiyyat Nazirliyinə müqavilə təsdiq edildikdən sonra təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin etmək həvalə olunub.



Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap