Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Tovuzda filial müdirinin qətli ilə bağlı YENİ DƏLİLLƏR – Pul torbası və qanlı paltar

Tarix 26.04.17, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


Tovuz rayonunda “Azərsığorta” Dövlət Kommersiya Şirkətinin filial müdiri Raya Bayramovanı qətlə yetirən şəxsin şirkətdən oğurladığı pulun yeri aşkar edilib.

Trend-in məlumatına görə, rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Vidadi Vəliyev şirkətdən oğurladığı pulun yerini deyib. Məlum olub ki, V.Vəliyev həmin pulu filial binasının yaxınlığında yerləşən köhnə tikilidə gizlədibmiş. İstintaq tədbirləri zamanı həmin əraziyə də baxış keçirilib və V.Vəliyev torbada gizlətdiyi külli miqdarda pulu, hadisəni törədərkən əynində olan qanlı paltarı həmin yerdən çıxararaq istintaqa təqdim edib. Hələlik istintaqa təqdim edilən pulun məbləği barədə açıqlama verilmir.
Xatırladaq ki, “Azərsığorta” Dövlət Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Bayramova aprelin 22-də şirkətin baş mühasibi Vidadi Vəliyev tərəfindən qətlə yetirilib. V.Vəliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Aparılan zəruri əməliyyat-istintaq tədbirləri nəticəsində V.Vəliyev qətl hadisəsini törətdiyini etiraf edib. O, istintaqa ifadəsində qətli pul mübahisəsi üstündə törətdiyini bildirib. V.Vəliyev hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisə yerində dindirilib.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Tovuz rayon Məhkəməsinin qərarı ilə V.Vəliyev barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa cəlb edilib.



Xəbərin oxunma sayı : 151




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap