Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tovuzda həkim və tibb bacısı döyülüb – TƏFƏRRÜAT

Tarix 25.06.17, 20:54

Font ölçüsü : - / +
bitmap-img6


Tovuz Rayon Mərkəzi Xəstəxanasında baş verən hadisənin təfərrüatları məlum olub

AzFakt.com Report-a istinadən xəbər verir ki, hadisəni xəstəxananın Təcili tibbi yardım şöbəsinə mütəmadi olaraq zəng edən şəxs törədib.

Hazırda adı məlum olmayan şəxs çağırış zənginə gec cavab verildiyinə görə bir neçə nəfərlə xəstəxanaya gəlib və orada dava salıb. Nəticədə şöbənin həkimi, 1956-cı il təvəllüdlü Əliyev Eldəniz İbrahim oğlu və tibb bacısı Əjdərova Məkanə yumruq və sillə xəsarətləri alıb.

Bildirilir ki, bu şəxs mütəmadi olaraq müxtəlif səbəblərə görə “103” xidmətinə zəng edərək “təcili yardım” çağırır, əksər hallarda telefonlara cavab verən dispetçeri və hadisə yerinə gedən tibb işçilərini təhqir edir, hətta onlara qarşı zor tətbiq edir. Növbəti zəng zamanı dispetçer Qovlar kəndindən çağırış qəbul etdiyi üçün ikinci telefona gec cavab verib və həmin şəxs telefonda xəstəxana əməkdaşını söyüb. O, bir qədər sonra bir neçə nəfərlə əlində çomaq xəstəxanaya gələrək dispetçerlə mübahisəyə başlayıb. Bu zaman həkim E.Əliyev onları ayırmaq üçün araya girib. Lakin sözügedən şəxs həkimin üz nahiyəsinə bir neçə yumruq zərbəsi vurub. O, daha sonra tibbi bacısı M.Əjdərovaya hücum edərək ona bir neçə sillə vurub. İnsident nəticəsində həkim üz və qol nahiyələrindən xəsarət alıb.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.


Tovuz rayonunda tibb işçilərinin xəsarət alması ilə nəticələnən insident baş verib.
AzFakt.com Report-a istinadən xəbər verir ki, “təcili yardım” maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilən xəstənin narkotik maddələrin təsiri altında olan yaxınları tibb işçilərinə hücum ediblər.

İlkin məlumata görə, nəticədə bir neçə həkim və tibb bacısı müxtəlif dərəcəli xəsarət alıb.



Xəbərin oxunma sayı : 85




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap