Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Tramp İsrailin Beyruta zərbəsini pislədi - “Livana zərbə endirməməlidir“

Tarix 14.06.26, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp İsrailin bu gün Livanın paytaxtı Beyruta hava hücumlarını pisləyib.

O, bununla bağlı "Truth Social" sosial şəbəkəsində yazıb.

"Beyruta bugünkü hücum baş verməməli idi, xüsusən İranla sülh müqaviləsinə çox yaxın olduğumuz belə bir xüsusi gündə. İsrailin təhdidlərə qarşı özünü müdafiə etmək hüququ var, lakin cavab verdiyi hücum çox kiçik və mənasız idi, heç kim zərər çəkməyib, yaralanmayıb və ya ölməyib və bu vacib prosesi pozmamalıdır", - ABŞ lideri vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton və Tehran Livan da daxil olmaqla, regiona sülh gətirəcək bir razılaşmaya yaxınlaşıblar: "Bütün tərəflər geri çəkilməlidir. İsrail artıq Livandakı heç bir hədəfə zərbə endirməməlidir və "Hizbullah" da daxil olmaqla, heç bir tərəf İsrailə daha zərbə endirməməlidir. Bu, uzun və gözəl bir sülhün başlanğıcı ola bilər - gəlin bunu qaçırmayaq!"

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf daha əvvəl bildirib ki, İsrailin Beyrutun ətrafındakı Dahiya rayonuna hücumlarından sonra ABŞ ilə danışıqların davam etdirilməsindən danışmaq mümkün deyil.

Bu gün İsrailin ordusu yenə Beyrutun Dahiya rayonunu raket atşəşinə tutub.  Bu, Netanyahu hökumətinin ABŞ və İranda sülh sazişinə maneə olmaq istəyi ilə əlaqələndirilir. Çünki Tehranın əsas şərtlərindən biri İsrailin Livana hücumlarını dayandırmasıdır.



Xəbərin oxunma sayı : 1204




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap