Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tramp Ağ Evdən canlı yayımla xalqa müraciət etdi:“Humanitar böhran yaranıb”

Tarix 09.01.19, 12:58

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Donald Tramp Birləşmiş Ştatların Meksikayla sərhədində “humanitar böhran” yarandığını açıqlayıb.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, onun çıxışı televiziyayla birbaşa yayımlanıb. Prezident Meksikayla sərhədin hasarlanmasını istəyir. Buna maliyyə ayrılmaması ucbatından hökumət 18 gündür qismən qapadılıb. Konqresdəki demokratlar Trampı tənqid edir, onu federal hökuməti yenidən açmağa çağırır. Hökumətin bağlanması nəticəsində yüz minlərlə federal işçi ödənişsiz çalışır.

Yanvarın 8-də Trampın prezidentliyi dövründə ilk dəfə olaraq Oval Ofisdən etdiyi çıxış ABŞ siyasətinin necə gərgin bir dönəmə girdiyini göstərir. Noyabrda demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ alandan durum qəlizləşib. Trump sərhədin hasarlanmasına Konqresin 6 milyard dollaradək vəsait ayırmasını istəyir. Demokratlar buna qarşı çıxır. Konstitusiyaya görə, prezident konqresin razılığı olmadan bu tip layihələrə pul xərcləyə bilməz. Federal hökumət artıq dekabrın 1-dən qismən qapalıdır və bu, ABŞ tarixində ikinci uzun qapanmadır. “Cənub sərhədimizdə humanitar və təhlükəsizlik böhranı artmaqdadır”, – Tramp televiziyaların canlı yayımladığı çıxışında deyib.

Trump seçki kampaniyası zamanı immiqrasiyanı böyük problem adlandırırdı, sərhədi hasarlamağı vəd edirdi. Demokratlar isə Trampın immiqrasiya təhlükəsini şişirtdiyini iddia edir, onu federal işçilərindən hasar məsələsindən rıçaq kimi istifadə etməkdə suçlayır.

Nümayəndələr Palatasının demokratlardan olan lideri Nensi Pelosi isə televiziya çıxışında deyib ki, Tramp sərhəddə böhranı yaradıb. Senat demokratlarının lideri Çak Şumer Trampı hökuməti yenidən açmağa, sərhəddə təhlükəsizliklə bağlı danışıqları bərpa etməyə çağırıb.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap