Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tramp ABŞ-ın Əfqanıstanda qalması üçün səbəb tapdı: “Taliban“ 1 trilyon dollarlıq yeraltı sərvətə nəzarət edir - Təhlil

Tarix 27.07.17, 5:45

Font ölçüsü : - / +
bitmap-img6


Mark Landler və Ceyms Risenculi

“New York Times”


16 illik müharibədən sonra Birləşmiş Ştatları Əfqanıstanda saxlamaq üçün səbəb axtaran prezident Tramp, əvvəlki administrasiyaları təəccübləndirən bir perspektiv tapdı: məsləhətçiləri və əfqan rəsmilərin ona söyləyib ki, Qərb şirkətləri Əfqanıstanın böyük mineral zənginliyindən mənfəət əldə edə bilər.

Cənab Tramp ölkənin mineral ehtiyatlarını prezident Əşraf Qəni ilə müzakirə edib. Əfqanıstana daha çox Amerikan qoşunu göndərməyə əvvəllər dərin şübhəsi olan Tramp indi bunu Birləşmiş Ştatların ölkədə qalması səbəbi kimi irəli sürdü.

İmkanı araşdırmaq üçün Ağ Ev Əfqanıstana elçi göndərməyi düşünür. Ötən həftə Ağ Evin Əfqanıstan siyasəti ilə bağlı müzakirələr gedərkən, Trampın üç böyük köməkçisi nadir yeraltı mineralların çıxarılması potensialını müzakirə etmək üçün kimya sənayeçisi Maykl Silverlə görüşdü. Cənab Silverin “American Elements” şirkəti bir sıra yüksək texnologiyalı məhsullarda istifadə olunan bu minerallar üzrə ixtisaslaşıb.

Əfqanıstan üzrə cənab Trampa tövsiyə verən milyarder Stiven Feynberq də bu ölkənin minerallarını istismar etmək yollarını axtarır. Əfqanıstanın ən zəngin yataqlarının bir hissəsi “Taliban” tərəfindən nəzarət edilən ərazilərdə olduğundan, cənab Feynberq hərbi müqavilələri olan “DynCorp İnternational” şirkətindən faydalanmağı düşünür.

2010-cu ildə amerikalı rəsmilər hesablayıblar ki, Əfqanıstan təxminən 1 trilyon dollar məbləğində faydalı qazıntı yatağı var. Bu müddətdə geniş müzakirəyə çıxarılan xammalın qiyməti eroziya nəzərə alınmaqla, əlbəttə, düşüb. Lakin 1 trilyon dollarlıq rəqəm Ağ Evin içərisində yenidən dolaşır.

2006-cı ildə Corc Buş administrasiyası ölkənin mineral ehtiyatlarını xəritəsini çəkmək üçün kosmik çəkilişlər apardı. Prezident Barak Obamanın dönəmində Pentaqon Əfqanıstanda dağ-mədən sənayesi qurmağa çalışdı. Bu, korrupsiya, təhlükəsizlik problemləri, yollar, körpülər və ya dəmir yollarının olmaması çətinlikləri ilə qarşılaşdı.

Sabiq məmurların sözlərinə görə, bu maneələrdən heç biri, son səkkiz il ərzində aradan qaldırılmadı və bəziləri üzrə vəziyyət daha da pisləşdi. Keçmiş rəsmilər xəbərdar edirlər ki, Tramp administrasiyasının Əfqanıstanda mineral hasilatı planı özü-özünü aldatmadır.

RAND-ın aparıcı analitiki Lorel Miller bildirib ki, "resursların istismarı üçün hərbi müdaxilədən çıxış nöqtəsi kimi istifadə etmək təhlükəlidir”.

Miller ABŞ-ın Dövlət Departamentinin Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi kimi ötən aya qədər vəzifəsini yerinə yetirib. "Bu cür dəlil Amerikanın Əfqanıstandakı real niyyətlərinə şübhə yarada bilər".

Amma bu, iş adamı kimi cənab Tramp üçün Əfqanıstanla əlaqədar yeganə cazibədar məsələdir. Səlahiyyətlilər bildirib ki, mineral hasilatı Əfqanıstanın iqtisadiyyatını yüksəltməyə, amerikalılar üçün isə yeni iş yerlərinin açılmasına səbəb olacaq və ABŞ-ın nadir minerallar bazarında mövqeyini gücləndirəcək.

Çin artıq Əfqanıstanın paytaxtı Kabildən təxminən 25 kilometr cənub-şərqdə yerləşən mis mədəninin inkişaf etdirilməsi üçün 3 milyard dollarlıq müqavilə imzalayıb. Səlahiyyətlilər deyir ki, cənab Tramp amerikalıların həyatını təhlükəyə atıb Əfqanıstanda xəzinəni ələ keçirməyə tərəddüd edərkən, Çin, külək turbinlerindən tutmuş kompüter çiplərinə qədər məhsullar üçün istifadə edilən nadir mineral yataqlarını tam işlətməkdən çəkinir.

Yüksək səviyyəli bir rəsminin sözlərinə görə, cənab Silver amerikalı şirkətlərin bu mineralları çıxarmaq hüququnu artırmaq üçün xüsusi səy göstərə bilər.

Cənab Trampın hərbi məsləhətçiləri 2001-ci ildən bəri ABŞ-ın müharibədə olduğu ölkəyə qoşun göndərmək üçün digər inandırıcı səbəblər axtarır.

Müdafiə naziri Cim Mattis və milli təhlükəsizlik müşaviri, general-leytenant H. R.MakMasterin rəhbərlik etdiyi Əfqanıstan siyasəti üzrə araşdırma iyul ayının sonunda başa çatmalıdır. Cənab Tramp və onun baş strateqi Stiv Bannon, general MakMasterin təklifləri əleyhinə çıxırlar. Dövlət katibi Reks Tillersonun da mövcud təkliflərdən narazı olduğunu söylənir.

General MakMaster deyil, vitse-prezident Mayk Pens Milli Təhlükəsizlik Şurasında Əfqanıstan üzrə ekspertlərlə görüşəcək. Amma cənab Tramp Əfqanıstanda təhlükəsizliyi sabitləşdirilmək üçün təxirə salınan 4 minlik əlavə qoşun göndərmək təklifi ilə hələ də razılaşmır.

Ötən həftə müxbirlər Pentaqonun nə vaxt Əfqanıstana qoşun göndərəcəyini Trampdan soruşduqda, o, "Hələ baxarıq, – dedi. – İŞİD sürətlə çökür".

Cənab Feynberq və Erik Prins – “Blackwater International” xüsusi təhlükəsizlik firmasının təsisçisi xüsusi podratçılardan istifadə edərək CIA-nın hərəkətə keçməsində maraqlıdır. Əlavə olaraq, cənab Feynberq, Obama administrasiyasının Əfqanıstanda mədən sənayesini qurma səyində iştirak edən insanlara müraciət edib.

Bəziləri xəbərdar edir ki, təhlükəsizliyin pisləşməsi nəzərə alınmaqla, 2009-cu illə müqayisədə, mədən sənayesi qurma perspektivi daha pisdir.

Əfqanıstanın mis və dəmir filizi yataqlarının əksər hissəsi Helmand vilayətində yerləşir. Bir üstünlük ondan ibarətdir ki, Tramp administrasiyası Əfqanıstan hökumətinin istəkli tərəfdaşı olacaq. Obama administrasiyası dövründə prezident Qəni mədən sənayesinin sürətli inkişafına müqavimət göstərdi, çünki geniş yayılmış korrupsiya təhdidindən narahat idi.

Lakin cənab Tramp prezident seçildikdən sonra cənab Qəni Tramp komandası ilə əlaqə saxladı və Əfqanıstanın mineral zənginliyini təbliğ etdi.

CIA işçiləri qarşısında çıxış edərkən, prezident Birləşmiş Ştatların qoşunların neftlə zəngin İraqdan çıxarılmasının səhv olduğunu söyləmişdi. "Köhnə bir məsəl var:"Qənimət qalibə verilir, – cənab Tramp bəyan etmişdi. – Yadınızdadır?"

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 844




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap