Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Tramp ABŞ-da koronavirus vaksininin hazır olacağı vaxtı açıqladı –“İlin sonuna kimi...“

Tarix 26.06.20, 10:16

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarda koronavirus vaksininin cari ilin sonuna kimi hazırlanacağını nəzərdə tutur.

Bu barədə o, seçicilərlə “Fox News” telekanalı tərəfindən təşkil edilmiş görüşdə bildirib.

Prezidentdən ABŞ-da COVID-19 vaksininin hazırlanmasının hansı mərhələdə olduğu soruşulub. “Mən düşünürəm ki, bizdə bu məsələyə cavab çox sürətli olacaq. Düşünürəm ki, bu, hətta cari ilin başa çatmasına qədər olacaq”, – dövlət başçısı cavab verib.

ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa demək olar, 2,4 milyon yoluxma qeydə alınıb, təhlükəli infeksiyadan 122,1 mindən çox insan ölüb.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)




Xəbərin oxunma sayı : 2077




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap