Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tramp Avropanı Çinə verir, İran uğrunda döyüş davam edir:Türkiyə Ermənistan və Qarabağa zərbə endirə bilər – Təhlil

Tarix 24.03.17, 2:25

Font ölçüsü : - / +
bitmap-img6


14-15 mayda Pekində 65 ölkədən nümayəndələrin toplaşacağı “İpək yolu” üzrə beynəlxalq konfrans keçiriləcək. “Böyük iyirmilik” təmsilçilik baxımından çinlilərdə daha təəssürat doğurmur. Həm də Hamburqda G20 sammitinə iki ay qalmış.

Prezident Donald Trampın “hər şeydən uca” Amerika haqda tezisi onun NATO üzrə müttəfiqlərində təşviş doğurur. Xüsusən də ona görə ki, ABŞ Xəzinədarlığının katibi Stiven Mnuçin martın 18-19-da Baden-Badendə “Böyük İyirmiliyin” nazirlər görüşünün “proteksionizmin bütün formalarına qarşı durmağı” vəd edən yekun kommunikesini imzalamaqdan inadla imtina edib.

BBC agentliyi Mnuçindən sitat gətirir: “Biz azad ticarətə inanırıq. Biz dünyada ən böyük bazarlardan biriyik. Lakin bəzi konkret sazişləri yenidən nəzərdən keçirmək istəyirik… Və nəzərə alırıq ki, köhnə sazişlər yeni danışıqlar tələb edir”.

Vaşinqton çoxtərəfli müqavilələr praktikasından geri çəkilir – Trampın Londonla azad ticaraət zonası yaratmaq üzrə təşəbbüsü bundan xəbər verir. Lakin britaniyalıların seçim etməyə nəyisə var: rüsumların ləğvini onlara həm türklər, həm də çinlilər təklif edirlər.

Martın 19-da azad ticarətin əsas lobbiçisi – ÇXR sədri Si Szinpinlə görüşmüş ABŞ dövlət katibi Reks Tillerson buna görə də “iki ölkənin əməkdaşlıq münasibətlərində yeni eranın çatdığı” haqda fikir yürüdərək Amerika-Çin münasibətlərində balansı saxlamağa cəhd edib.

Vaşinqton Pekinlə birbaşa münaqişəyə girmək istəmir. Axı bu zaman Səmalar ölkəsinin Berlinlə münasibətlərdə “əl-qolu açılacaq”. Nəzərə alaq ki, Çin 2016-cı ildə Almaniya ilə ticarətin həcminə görə ABŞ-ı geridə qoyub və Pekinlə Vaşinqtonun iqtisadi müharibəsinin nəticələri sonuncu üçün cansıxıcı olacaq.

“Washington Post”un sitat gətirdiyi ÇXR Dövlət Şurasının baş naziri Li Ketsyan bildirib: “Biz ABŞ-la ticarət müharibəsi istəmirik. Lakin bu, baş versə, onda bütün ağırlıq Amerika şirkətlərinin çiyinlərinə düşəcək”.

Onun məlumatına görə, 2016-cı ildə Çin yatırımları sayəsində ABŞ ərazisində bir milyona yaxın iş yeri yaradılıb.

Səmalar ölkəsi Trampla təkcə milyarder prezident üçün deyil, həm də Amerikanın orta təbəqəsi üçün anlaşıqlı olan rəqəmlərin diliylə danışır. Lakin məsələ səs-küylü bəyanatlarla bitmir. "Reuters" agentliyinin xəbər verdiyi kimi, ÇXR rəsmiləri amerikalıların ticarət rüsumları tətbiq edəcəyi halda elmi araşdırma institutları və ekspertlərə Çin iqtisadiyyatı üçün müdafiə tədbirləri hazırlamağı tapşırıb.

Buna baxmayaraq, hələlik Pekinin narahat olacağı heç nə yoxdur, çünki Tramp milli avtomobil sənayesinin dirçəldilməsindən danışır: sirr deyil ki, ABŞ alman maşınları üçün əsas istehlak bazarıdır, buna görə də Amerikada  yenidən sənayeləşmənin baş zərbəsi məhz Almaniyaya vurulacaq. Hətta hələ bu ilin yanvarında Çinin "Zhenhua Oil" (NORİNCO müdafiə holdinqinin törəmə müəssisəsi) Amerikanın "Chevron" şirkəti ilə (keçmiş "Standart Oil") Banqladeşdəki qaz yataqlarının alqısı üçün ilkin razılaşma (2 milyarad $ dəyərində) imzalayıb. Vaşinqtonun bölgədəki ənənəvi müttəfiqləri – Tokio və Dehli də buna maraq göstərirdi.

Diqqətçəkəndir ki, sövdələşmə haqda məlumat yalnız fevarlın axırında elan olunub. Çinlilər aralıq qələbəni qeyd edirlər. Onlar bu ilin iynunda bu sazişi bağlamaqla hər il 16 milyon tona qədər neft ekvivalentində məhsul əldə edəcəklər, "Zhenhua Oil" isə İraq, Qazaxıstan, Suriya, Myanma və Misirin daxil olduğu fəaliyyət meydanını genişləndirəcək.

Söhbət Amerika və Çin elitaları arasındakı siyasi uzlaşmadan gedir və bu, tədricən "Exxon Mobil" (keçmiş Standart Oil) və Vyetnamın "Petro Vietnam" dövlət şirkətinin 2009-cu ildən bəri 14 milyon akrı birlikdə istismar etdiyi Cənubi Çin dənizinə də yayıla bilər. Cənubi Çin dənizinin karbohidrogen potensialı Vaşinqtonla Pekin arasında kooperasiyaya yalnız şərait yaradacaq.

Deməli, Çinin milli ofşor neft şirkətinin (CNOOC) məlumatına görə, bölgədəki neft ehtiyatları 125 milyard barrel, qaz isə 500 trilyon kub fut təşkil edir.


Türkiyə hər şeydən üstündür?

Əsas intriqa kommunikasiyalar üzərində nəzarətdən ibarətdir. İnanılmazdır, amma Press TV telekanalı xəbər verir ki, ABŞ-la Çin arasında iqtisadi dialoq Hindistanı Banqladeş, Butan, Nepal, Pakistan, Əfqanıstan, İran və Türkiyənin iştirakı ilə beynəlxalq dəmiryol layihəsini irəlilətməyə təşviq edir.

BMT-nin Asiya və Sakit okean üçün iqtisadi və sosial komissiyası Hindistanın dəmiryol nazirinə istinadla Dakka (Banqladeşin paytaxtı)-Kəlküttə-Dehli-Amritsar (Hindistanın Pəncab əyaləti)-Lahor-İslamabad-Zahidan (İranın Sistan və Bəlucistan əyalətləri)-Tehran-İstanbul bağlantısı haqda danışır.

Tərəflər sürətlə sözdən işə keçir. Martın 14-15-də Hindistan paytaxtında Cənubi və Cənubi-şərqi Asiya ölkələrinin dəmiryol idarələri başçılarının konfransı keçirilib. Yol fraqmental şəkildə hazırdır. Gözlənilir ki, Nepaldan Hindistan ilk konteyner qatarı artıq 2018-ci ilin birinci rübündə yola düşəcək.

ABŞ bəyan olunmuş layihəni alqışalyır. Pentaqonun yüksəkçinli məmuru fevralın 9-da Hindistanın İranın Çabahar limanını modernləşdirməsini açıqca dəstəkləyib. ABŞ-ın Əfqanıstandakı quru qoşunlarının komandanı, general Con Nikolson Senatın silahlı qüvvələr üzrə komitəsində dinləmələrin gedişində bildirib ki, Çabahar Pakistanın simasında Əfqanıstana alternativ təqdim edəcək.

Söhbət Pakistan və Əfqanıstanın sabitləşdirilməyindən gedir ki, bu da Çinə Mərkəzi və Orta Asiya ölkələrindən yük axınını artırmaq imkanı verəcək. Nikolson qeyd edib: “İran, Hindistan və Əfqanıstanın Çabahar limanı vasitəsilə əməkdaşlığı böyük iqtisadi potensiala malikdir. Hindistan 2002-ci ildə 2 milyard yatırım qoyub, 2016-cı ildə isə Əfqanıstanda mülki infrastrukturun inkişafı və mühəndis kadrların hazırlanmasına daha $1 milyard qoymağa razılaşıb ki, bu da insan kapitalının inkişafı və uzunmüddətli sabitliyə şərait yaradacaq”.

Hindistanın əlavə 500 milyon $ ayırdığı layihənin birinci mərhələsini Dehli, Tehran və Kabilin üçtərəfli sazişinə əsaslanaraq 2018-ci ildə başa çatdırmağı planlaşdırırlar. Sonra?

Dəmiryolçuların Hindistandakı görüşündən iki gün əvvəl martın 12-də Gürcüstannın Batumi limanını kütləvi iğtişaşlar bürüyür. Diqqətçəkəndir ki, “mülki şəxslər”in polislə toqquşması Qara dənizin Batumi və Poti limanlarının timsalında Yuxarı Larsa alternativ axtarışına nisbətdə Ermənistanla Gürcüstan arasında uğurlu silsilə danışıqlardan sonra baş verib.

Özü də bu, mənzərənin yalnız bir hissəsidir. Məsələ bundadır ki, küçə döyüşlərinin təşkilatçıları bölgədə təkcə Ermənistanın deyil, həm də İranın maraqlarına xəbərdarlıq zərbəsi endiriblər. Çünki Tehran Qara dənizə çıxışda Ermənistan-Gürcüstan dəhlizinə Azərbaycan-Gürcüstan dəhlizinin alternativi qismində yanaşır – artıq Moskva, İrəvan və Tehranın İİR-in Avrasiya Birliyinə inteqrasiyası haqda dialoqunu demirik.

Daha bir detal: RF XİN başçısı Sergey Lavrovla Avrasiya İqtisadi Komissiyasının rəhbəri Tiqran Sarkisyanın “üçüncü ölkələrlə inteqrasiyanın dərinləşməsi” üzrə danışıqları Batumi iğtişaşlarından dərhal sonra növbəti gün martın 13-də Moskvada baş tutub. “Xalq qiyamı”nın təhrikçiləri aşkarca tələsiblər.


Ermənistan və Qarabağ nişangahdadır


Hadisələrin dinamikası ən yaxın həftələrdə saxlansa, İrəvanda və Azərbaycan-Qarabağ sərhədində (mətndə bu cürdür-tərc.) sabitsizləşmə riskləri çoxalacaq. Xüsusən də ona görə ki, Ermənistan aprelin 2-də dövlət institutlarını xarici təsirlər qabağında toxunulan edən elektoral dövrə daxil olur – hələ erməni siyasi mədəniyyətinə yad olan parlament idarəçilik forması barədə danışmırıq.

Cənubi Qafqazda Ankara və Bakı vasitəsilə hərəkətə keçən xarici oyunçular Avrasiya Birliyi ölkələrinə nəzərdə tutulmuş İran malları üçün Ermənistan-Gürcüstan marşrutunun devalvasiyasında maraqlıdırlar. Bu həm də “Şimal-Cənub” nəqliyyat dəhlizinin mühasirəsini niyyətə alır: Bəndər-Abbasdan Sankt-Peterburq və Baltikyanı limanlarına qədər.

Həmişə belə olub. Fərq bundan ibarətdir ki, əvvəllər “Şimal-Cənub” dəhlizinin əsas əleyhdarı London idi, indi isə Tehranın Türkiyə marşrutuna cəlbini dəstəkləyən Vaşinqton ona qoşulub. Ankara-London bağlantısı günbəgün güclənir. Türkiyə iqtisadiyyat naziri Nihad Zeybəkçinin sözlərinə görə, Ankara və London artıq aptreldə azad ticarət zonasının yaradılması üzrə saziş bağlamaq haqda danışıqlar aparacaq və saziş “Böyük Britaniya AB-dən çıxan kimi dərhal qüvvəyə minəcək”.

Prezident Rəcəb Ərdoğan aprelin 16-dan sonra “sultan” olmağa hazırlaşır. Referendumun nəticələri onun mütləq hakimiyyətini möhkəmləndirəcək. Lakin səsvermənin nəticələrinə böyük əminlik üçün sərhədlərdə onu və yeni konstitusiyanı Türkiyə ictimai rəyi üçün alternativsiz edəsi “alovlanan tonqallar” lazımdır.

O, buna görə də Almaniya və Hollandiya ilə söz atışmasına girişir, Dəməşqlə və Suriya kürdləri ilə münasibətləri kəskinləşdirir (Mənbicə zərbə), həmçinin Mosul əməliyyatına qarışır. “Osmanlı fasadı”nın saxlanması üçün Ankaranın təkcə Cənubi Qafqaz məsələlərinə qarışması çatmır.

Ərdoğan öz motivlərini gizlətmir. Deməli, bu ilin martında İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü sammitində çıxış edərkən yüksəksürətli Qars-Ədirnə, Bakı-Tiflis-Qars dəmiryolu və Çanaqqala körpüsünü Bosfor və Dardanel boğazları vasitəsilə birbaşa Çinin “İpək yolu” layihəsinə bağlayıb.

"Daily Sabah" qəzeti Ərdoğandan sitat gətirir: “Mahiyyətcə, Türkiyə ərazisindəki infrastruktur layihələri Böyük İpək Yolunun müasir analoqudur. Mən inanıram ki, Çinin “İpək yolu” bu mənada olduqca mühüm rol oynayacaq”.

…Böyük geosiyasət getdikcə xeyli daxili məna və məzmunlu matryoşkanı daha çox xatırladır. Bunun üzərində uzun müddət baş sındırmağına dəyməz. Xəritəyə baxmaq kifayətdir ki, anlayasan: böyük dövlətlər Tükiyədə hakim rejimin güclənməsi fonunda Rusiyaya qarşı birləşir, Moskvanın Suriya siyasətini nüfuzdan salmağa çalışır ki, Tehranla onu müxtəlif yönlərə çəksin.

Hədəf birdir: silsilə lokal müharibələr vasitəsilə Rusiyanı cənub nəqliyyat dəhlizindən təcrid etmək. Biz artıq 1990-cı illərdə bundan keçmişik.


Tərcümə Strateq.az-ındır.

 



Xəbərin oxunma sayı : 4240




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap