Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Tramp bir həftədə 62 dəfə yalan danışıb - ABŞ prezidentinə yeni ittihamlar

Tarix 05.09.19, 15:30

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirdiyi brifinqdə “Dorian” qasırğasının Alabama ştatını da vuracağı iddiasına haqq qazandırmaq üçün təhrif edilən saxta xəritə göstərib.

“Haber 7” xəbər verir ki, ABŞ-da meteorologiyanın hava proqnozları ilə bağlı xəritələrindən sui-istifadə cinayət sayılır.

Ölkə qanunvericiliyi belə cinayət törədən şəxslərin 90 günə qədər həbs olunmasını nəzərdə tutur.

Məlumata görə, meteorologiya stansiyası 20 dəqiqə sonra “Twitter” səhifəsində D.Trampın dediklərini təkzib edib: “Alabama “Dorian”dan zərər görməyəcək. Təkrar edirik, “Dorian” qasırğası Alabamaya heç bir təsir göstərməyəcək”.

D.Tramp isə nümayiş etdirdiyi xəritəni kimin hazırlaması barədə suala cavabında deyib: “Bilmirəm, bilmirəm”.

CNN televiziyası bildirib ki, ABŞ prezidenti son bir həftə ərzində çoxu “Twitter” vasitəsi ilə olmaqla ictimaiyyətə 62 dəfə yanlış məlumat verib.

Televiziya D.Trampın danışdığı bir neçə yalanı da tamaşaçıların diqqətinə çatdırıb. “G7”liyin sammitində o, həyat yoldaşı Melaniya Trampın Şimali Koreya lideri Kim Çen Inı yaxşı tanıdığını söyləyib. Ağ Evdən məsələ ilə bağlı yayılan açıqlamada Melaniyanın Kim Çen Inı tanımadığı və onunla heç vaxt görüşmədiyi, hətta telefonla danışmadığı bildirilib/Report.



Xəbərin oxunma sayı : 580




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap