Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tramp daxili işlər nazirini vəzifəsindən azad etdi- Yeni nazir kim olacaq?

Tarix 16.12.18, 13:11

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp daxili işlər naziri Ryan Zinke-ni işdən azad edib. Bu barədə prezident özünün “Tvitter” hesabında yazıb.

“Daxili işlər naziri Ryan Zinke 2 illik fəaliyyətdən sonra, ilin sonunadək administrasiyanı (Ağ Ev) tərk edəcək. Ryan çox şeyə nail oldu və xalqa göstərdiyi xidmətə görə ona çox təşəkkür edirəm”, – Tramp yazır.

Prezident əlavə edib ki, yeni daxili işlər nazirinin adı gələn həftə açıqlanacaq.

Ryan Zinke, demokrat deputat Raul Grijalva-nın ünvanına işlətdiyi sözlər də daxil olmaqla, ölkədə dəfələrlə tənqidlərlə üzləşib. Deputat Raul Grijalva, Zinkeni vəzifə səlahiyyətlərini aşmaqda günahlandırıb. O isə cavabında deputatı içki düşgünü adlandırıb.

Bundan əvvəl Zinke, neft və qaz şirkətlərinin maraqlarına xidmət etməkdə də günahlandırılırdı. Həmin şirkətlər nazirliyin nəzarətində olan ərazilərdə yeni mədənlər açmaq istəyirmişlər.

Digər ölkələrdən fərqli olaraq ABŞ-ın daxili işlər nazirliyi təhlükəsizlik məsələsi ilə yox, təbiətin mühavizəsi və milli parkların idarəçiliyi ilə məşğuldur.

Donald Trump dekabrın əvvəllərində prezident administrasiyasının rəhbəri John Kelly-ni də işdən azad edib. (azadliq.org)



Xəbərin oxunma sayı : 160




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap