Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tramp jurnalistin qətli ilə bağlı vəliəhdi şübhə altına aldı, “ikibaşlı mesaj” verdi – ABŞ böyük bazarlığa gedəcək, yoxsa...?

Tarix 21.11.18, 9:58

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı Səudiyyə şahzədəsi, vəliəhd Məhəmməd bin Salmanı şübhə altına alan gözlənilməz bəyanat verib.

Strateq.az xarici mətbuata istinadən bildirir ki, Tramp ABŞ kəşfiyyatının jurnalistin qətlini araşdırmaya davam etdiyini deyib.

Əlavə edib ki, bu cinayətdə şahzadənin məlumatlı olduğunu istisna etmir: “Vəliəhd şahzadənin bu dəhşətli hadisədən xəbərdar olma ehtimalı var. Bəlkə bilirdi, bəlkə bilmirdi”.

Tramp bəyan edib ki, Xaşuqcinin qətli məsələsində ABŞ fərqli yol da tuta bilər: “Xaşuqcinin qətli qorxunc bir cinayətdir. Bu cinayətlə bağlı bütün gerçəklərin ortaya çıxmayacağı da mümkündür. Bizim üçünsə, əsas ABŞ-ın təhlükəsizliyidir. Təhlükəsizliyimiz ön planda olduğu müddətdə bütün fikirlərə açıq olacağıq”. 

Tramp daha sonra bildirib ki, Səudiyyə Ərəbistanı İrana qarşı savaşda ABŞ-ın əsas müttəfiqidir: “Biz öz mənfəətlərimiz, həmçinin İsrail və bölgədəki digər müttəfiqlərimiz üçün Səudiyyə Ərəbistanı ilə sarsılmaz tərəfdaş olmağa davam etmək istəyirik. Ötən il Ər-Riyada səfərimdə böyük bazarlıq nəticəsində ABŞ-a 450 milyard dollar sərmayə qoymalarına razı oldular. Bu, rekord məbləğdə vəsaitdir”.

Yeri gəlmişkən, xatırladaq ki, buna qədər Tramp Xaşuqcinin qətli ilə bağlı vəliəhd Məhəmməd bin Salmanın adının hallanmasını qətiyyətlə rədd edirdi. O hətta “səs yazısının olması hələ onun günahkar olması demək deyil”, – deyə bəyanatda vermişdi.

Bugünkü açıqlaması isə göstərir ki, Tramp Ər-Riyad rejimi ilə daha bir “böyük bazarlığa” getməklə, jurnalistin qətlini arxa plana da keçirə bilər. Hər halda “ikibaşlı” açıqlamalardan bu məqsədin “quyruğu” açıq görünür…



Xəbərin oxunma sayı : 154




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap