Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tramp Konqresdə ilk çıxışını etdi və 1 trilyon dollarlıq vəd verdi

Tarix 01.03.17, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp konqres qarşısında "Ölkənin vəziyyəti barədə" (State of the Union Address) ilk çıxışında bir trilyon dolları infrastruktur layihələrə yönəltmək və miqrantların qəbul sistemini dəyişdirmək niyyətində olduğunu söyləyib.

O, konqresə müraciətində bildirib ki, ABŞ bundan sonra da NATO-nu qətiyyətlə dəstəkləyəcək.

Tramp çıxışının əvvəlində bildirib ki, Amerika xalqı birdir və nifrətlə və bəla ilə mübarizə aparmaq əzmindədir.

"Müttəfiqlərimiz görəcəklər ki, Amerika yenə də digər ölkələri öz arxasınca aparmağa hazırdır", deyən cənab Trampın sözlərinə görə, bu gündən etibarən ABŞ tarixində yeni tarix başlayır.

ABŞ prezidenti öz nitqində seçki kampaniyası zamanı istifadə etdiyi əsas tezislərin çoxunu təkrar edib.

O, administrasiyasının başlıca vəzifələrinin ölkənin təhlükəsizliyinin təminatı, cinayətkarlıqla mübarizə və yeni iş yerlərinin yaradılması olduğunu hesab edir.

Konqress üzvləri və ictimaiyət ABŞ-ın birinci xanımı Melania Trampın çıxışını iki dəfə ayaqüstə alqışlayıb

Tramp ABŞ-ın cənub sərhədində divar tikintisi haqqında fikirlərini təkrar edib, hərçənd bu dəfə divarın inşasına görə Meksikanın pul ödəməli olduğunu deməyib.

Onun yeni təklif etdiyi immiqrasiya sistemi Avstraliya nümunəsindən qaynaqlanır- yalnız iqtisadiyyata lazım olan işçilərin ölkəyə cəlbi.

Prezident Tramp çıxış edərkən onun tənqidçiləri Ağ Ev qarşısında piket keçirib (BBC).



Xəbərin oxunma sayı : 103




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap