Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Tramp KXDR və İranla saziş imzalayacağını bildirib - Bu şərtlə

Tarix 08.08.20, 23:07

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp ali dövlət postuna ikinci müddətə seçiləcəyi təqdirdə tez bir zamanda İran və Şimali Koreya ilə sazişə nail ola bilər.

Azərtac bu barədə ABŞ telekanallarına istinadla xəbər verir.

“Əgər seçkilərdə qələbə qazansaq, İran və Şimali Koreya ilə tez bir zamanda sazişə nail ola bilərik”, – deyə ABŞ Prezidenti jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib. Donald Trampın sözlərinə görə, əgər o, 2016-cı ildə prezident seçilməsəydi, ABŞ artıq Şimali Koreya ilə müharibə edirdi. Lakin o, KXDR-lə münasibətlər qura bildiyi üçün bu baş vermədi.

Prezidentin fikrincə, Tehran Vaşinqtonla saziş imzalamaqda çox maraqlıdır. Lakin onlar sazişə Co Baydenlə daha asan nail ola biləcəklərini düşünərək seçkilərin nəticələrini gözləyirlər.

Qeyd edək ki, ABŞ-da 59-cu prezident seçkiləri noyabrın 3-nə planlaşdırılır. Bu seçkilərdə ali dövlət postuna demokratların namizədinin sabiq vitse-prezidenti Cozef Bayden, respublikaçıların namizədinin isə Donald Tramp olacağı gözlənilir.



Xəbərin oxunma sayı : 2833




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap