“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Trampın FTB namizədi Kremldən pul alıb? - Gizli sənədlər ortaya çıxdı

Tarix 08.02.25, 14:34

Font ölçüsü : - / +
bitmap-img6


Donald Trampın FTB direktoru vəzifəsinə namizədi Kaş Patelin Kremllə əlaqələri olan bir rus kinoprodüserindən ödəniş aldığı üzə çıxıb.

“Washington Post”un əldə etdiyi sənədlərə görə, Patelə 25 min dolları anti-Qərb təbliğatı və Kreml tərəfindən dəstəklənən layihələr hazırlayan rusiyalı prodüser İqor Lopatonok verib.

Lopatonokun Los-Ancelesdə yerləşən "Global Tree Pictures" şirkəti Tramp və onun komandasını “dərin dövlət sui-qəsdinin qurbanları” kimi təsvir edən “Bütün Prezidentin Adamları: Trampa qarşı hiylə” sənədli filmini hazırlayıb. Sənədli film 2024-cü ilin noyabrında Taker Karlsonun onlayn platformasında yayımlanıb, burada Patel “FTB qərargahını bağlayacağını və onu “dərin dövlət” muzeyi kimi açacağını” vəd edib.

Qalmaqal Patelin FTB direktoru vəzifəsinə keçəcəyi təqdirdə ABŞ daxilində Rusiya casuslarına qarşı necə mübarizə aparacağı məsələsini müzakirə predmetinə çevirib. Demokratlar iddia edirlər ki, Patelin Kremllə əlaqəsi olan bir fiqurdan pul alması milli təhlükəsizliyə böyük təhlükə yaradır.



Xəbərin oxunma sayı : 1045




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap