Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Trampın müşaviri Səudiyyə vəliəhdinin müdafiəsinə qalxdı:“Səs yazısı onun günahkar olduğunu göstərmir...“

Tarix 13.11.18, 20:07

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ hökuməti jurnalist Camal Xaşuqcinin qətlinin səs yazısının Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudun bu cinayətdə təqsirkar olmasının göstəricisi olduğunu hesab etmir.

TASS xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ASEAN sammitinə qatılmaq üçün gəldiyi Sinqapurda jurnalistlərlə söhbətində bildirib.

C.Bolton Türkiyə hökumətinin təqdim etdiyi bu səs yazısına şəxsən qulaq asmadığını, amma bunun səudiyyəli şahzadənin günahkar olduğunu göstərmədiyini qeyd edib.

“Düşünmürəm ki, bunu dinləyən insanlar belə nəticəyə gəliblər. Üstəlik, bu, qətiyyən Səudiyyə Ərəbistanı hökumətinin mövqeyi deyil”, – C.Bolton deyib.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan C.Xaşuqcinin  öldürülməsi zamanı qeydə alınmış səs yazısını ABŞ, Böyük Britaniya, Kanada, Almaniya və Fransanın liderlərinə dinlətdiklərini bildirib.

Qeyd edək ki, “Washington Post” qəzetinin əməkdaşı Camal Xaşuqci bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. Onun meyiti hələ də aşkarlanmayıb.

Report



Xəbərin oxunma sayı : 127




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap