“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Trampın müşavirindən Rusiyaya oğurluq ittihamı:“Bu texnologiyalar ABŞ-dan oğurlanıb“

Tarix 16.08.19, 10:15

Font ölçüsü : - / +
bitmap-img6


Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton Rusiyanı hipersəs silahı texnologiyasının oğurluğunda ittiham edib.

Bolton bu bəyanatı Rusiyanın Severodvinsk regionundakı Nyonoksa kəndinin yaxınlığında, avqustun 8-də baş vermiş raket partlayışı ilə bağlı hadisəni şərh edərkən verib.

ABŞ mediasının məlumatına görə Rusiya Nyonoksadakı dəniz poliqonunda qitələrarası raketin sınağını keçirirdi.

Bolton bu barədə deyib:

“Baş verən hadisə Rusiyanın nüvə silahının hədəfə çatdırılması sahəsində irəliyə çıxmağa çalışdığını nümayiş etdirir. Görünür nə isə planlaşdırıldığı kimi getməyib. Bu həm də göstərir ki, Rusiya Hollandiyanın iqtisadiyyatı həcmində olan iqtisadiyyatının vəziyyətinə baxmayaraq silahlanmaya əhəmiyyətli məbləğlərdə pul xərcləyir. O nəinki öz nüvə cəbbaxanasını modernləşdirir, həm də nüvə başlıqlarının hədəfə çatdırılması üçün yeni raketlərin – hipersəs raket komplekslərinin və hipersəs qanadlı raketlərinin üzərində işləyir. Bu texnologiyalar əsas etibarilə ABŞ-dan oğurlanmış müdafiə texnologiyalarıdır”.

Lakin Rusiya Müdafiə Nazirliyi yanında elmi-tədqiqat institutlarından birinin rəhbəri Vladimir Dvorkin bu bəyanata cavab olaraq bildirib ki, Rusiya hipersəs silahları texnologiyalarını oğurlamayıb və bu işlə ABŞ-dan xeyli əvvəl məşğul olub.

O deyib ki, uçan hipersəs cihazı hələ Sovet İttifaqında işlənirdi.

Dvorkin Interfax agentliyinə bildirib ki, ABŞ həmin vaxtlarda bu texnologiyalarla məşğul deyildi.

Ekspert əlavə edib ki, uçan hipersəs silahı Rusiya ideyası və Rusiya texnologiyasıdır. (azadliq.org)




Xəbərin oxunma sayı : 217




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap