Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Tramp Rusiyanı Suriyadan qovur – Təhlil

Tarix 08.04.17, 20:54

Font ölçüsü : - / +
bitmap-img6


Cenevrə danışıqlarının son raundu cüzi tərəqqqi ilə başa çatıb. Danışıqların gedişi bütünlükdə Dəməşq, Hamə və Əl-Cəzirə vilayətindəki hərbi durumun dəyişikliklərinə uyğun gəlib. Eyni zamanda qeyd etmək lazım gəlir ki, danışıqlar silahlı qruplaşma təmsilçilərinin Suriya hökuməti ilə danışıqlar masasının arxasına əyləşməkdən imtina etdiyi Astana görüşünün iflası fonunda başlanmışdı.

Cenevrədəki danışıqlar gerçəklikdə nələrin əldə edildiyindən asılı olmayaraq əvvəlki raundla müqayisədə siyasi çağırışı ifadə edirdi. Moskva ardıcıl siyasətə əməl edir: Cenevrə danışıqlarının təşkilinə böyük səylər qoyub, sonra isə ilk mərhələdə çətinliklərlə üzləşən danışıqlar prosesini fəallaşdırmaq üçün xarici işlər nazirinin müavini Gennadi Qatilovu ora göndərib.

Amma görünür ki, gerçəklikdə danışıqların gedişi Amerika siyasətinin xarakteri və Vaşinqtonun Rakka uğrunda və bütünlükdə Fəratdan soldakı döyüşlərdən alyansları yönəltmək bacarığından asılıdır. Ola bilsin, amerikalıların bu vilayətlərdəki fəaliyyəti silahlı qruplaşmaların həyata keçirdiyi bütün pozuntulardan daha önəmlidir. Bölgəsəl alyanslar Cenevrə danışıqları ərəfəsində pis durumda yaxalanmışdı. Deməli, Türkiyə kiürdlərin Suriyadakı siyasi proseslərin gələcəyindəki rolunu göstərə biməyib, Səudiyyə Ərəbistanı isə dəstəklədiyi silahlı qruplaşmaların hərbi uğurlarına baxmayaraq öz maraqları baxımından tarazlaşdırılmış mövqe tutmaq iqtidarında olmayıb.

Vaşinqton Suriya ərazisində “Suriya Demokratik Qüvvələri” deyilən quruma dəstək üçün ölkədə sayca cüzi olan silahlı qüvvələrindən yararlanır. Bu durumun üç önəmi var:

1.Kürdlərlə türklər arasında əldə edilmiş güzəştə nisbətdə diskussiyanın sonu – bu, Rakkada hərbi əməliyyat keçirməyin zərurəti haqda Pentaqon üçün birbaşa siqnaldır və öz növbəsində Türkiyəni “Fərat qalxanı” əməliyyatının bitdiyi haqda bildirməyə məcbur etdi. Birləşmiş Ştatlar bununla da Suriya müxalifətinin daxilindəki ənənəvi güclərdən asılı olmayan vəziyyət yaratmaq istədi.

ABŞ-ın Suriya münaqişəsində iştirakının əvvəlki təcrübəsi bölgə oyunçularının kölgəsində fəaliyyətlə məhdudlaşıb ki, bu da Trampın rəhbərliyi ilə bağlı bütün problemlərə baxmayaraqVaşinqtonu bu gün təşəbbüsü öz əlinə götürməyə, həmçinin silahlı qruplaşmaların hədəflərindən asılı olmayan yeni prioritetləri müəyyən etməyə təhrik edir. Bütün bunların ciddi sübutları var.

2.ABŞ dövlət katibinin Suriyadakı duruma dair bəyanatına əsasən Amerika siyasətində böyük dəyişiklik etməyə ehtiyac yoxdur, lakin birinci növbədə İranla bağlı olan, əvvəlkindən fərqli yeni hədəf tapmaq tələb olunur.

3.Rusiya iə ciddi münasibətlər qurmaq niyyəti. Fərat sahillərində əsas oyunçular bir araya gəlir ki, bu da qaydalara riayət etmək, həmçinin bunların arasında tarazlıq axtarışı zərurətini ifadə edir. Hər şeyə əsasən, Moskva ABŞ-ınm bölgədə iştirakının artmasına sakit yanaşır və bu sakitlik onun baş verənlərə ciddi münasibətini əks etdirir.

ABŞ-ın bu gün Suriyada Fəratdan şərqə və qərbə cəmlənmiş fəaliyyəti bu ölkədə durumu maksimal dərəcədə dəyişmək məqsədi güdür ki, Yaxın Şərqdə İran və Türkiyə ilə razılaşmalara əsaslanan beynəlxalq münasibətlər sistemi yaratmaqda Rusiyanın rolu azalsın. Astana danışıqlarında tərəflər məhz buna can atırdı. Lakin mümkündür ki, Əl-Cəzirədəki durum sayəsində Vaşinqton Türkiyəni bu prosesdən çıxdaş etməyə nail olub. ABŞ indi Rusiyaya basqı göstərməyə cəhd edir ki, həmçinin İran da oyundan çıxdaş olunsun. Amerika görüşünə görə, Yaxın Şərq bölgəsinə yekun cizgi vermək bölgəsəl deyil, beynəlxalq səviyyəli vəzifədir.

Bu qayda ilə Suriyada Rusiya ilə əməkdaşlıq tarazlıq əldə etmək cəhdidir, çünki Amerika siyasəti müəyyən çətinkliklərlə üzləşir. Amma eyni zamanda bölgəyə öz qaydalarını sırımağa səy göstərir – hətta bunlar Moskvaya yayılmayacaqsa da.  

Mazən Bilal

Al-Watan Syria (Suriya), 07.04.2017

Strateq.az



Xəbərin oxunma sayı : 121




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap