“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?

Tarix 03.07.25, 17:31

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkili təyin olunub.

AzFakt.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Bildirilir ki, Emi Karlon 23 iyun 2025-ci ildən ABŞ-ın Azərbaycandakı səfirliyində missiya rəhbərinin müavini kimi fəaliyyətə başlayıb. O, ABŞ Dövlət Departamentinin Ali Diplomatik Xidmət üzvüdür.

Karyerası ərzində Karlon Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru (2022–2024), Dövlət Departamentinin Şərqi Asiya və Sakit Okean Məsələləri Bürosunda direktor müavini (2020–2022), ABŞ-ın Yunanıstandakı səfirliyində siyasi müşavir (2016–2019) vəzifələrində çalışıb. Bundan əlavə, İndoneziya, Avstriya və Rusiyada diplomatik xidmət göstərib, eləcə də Dövlət Departamentinin müxtəlif strukturlarında fəaliyyət göstərib.

O, Oklahoma Universitetində Biznesin idarə edilməsi üzrə bakalavr, Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəetmə Məktəbində dövlət siyasəti üzrə magistr təhsili alıb. 2020-ci ildə Milli Müdafiə Universitetinin Eyzenhauer İnstitutunda Milli Resurs Strategiyası üzrə magistr dərəcəsi qazanıb.

Emi Karlon hazırda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərir.



Xəbərin oxunma sayı : 322




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap