Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Tramp zarafat edirmiş…

Tarix 13.08.17, 18:40

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putinə təşəkkür etməsini "zarafat" adlandırıb. Tramp Putinin Moskvadakı ABŞ diplomatlarının sayını kəskin şəkildə azaltmaq planlarına təşəkkürlə reaksiya verərəkən bütün media bunu tamamilə ciddi bəyanat kimi qəbul etmişdi. Buna görə prezidentin ünvanına sərt tənqidlər səslənmişdi.

Həm demokratlar, həm də Tramp-ın öz partiyasının üzvləri - respublikaçılar arasında bunu "qeyri-vətənpərvər" hərəkət kimi qiymətləndirənlər olmuşdu.

Tramp bildirmişdi: “Mən ona təşəkkür etmək istəyirəm, çünki biz maaş xərclərini azaltmaq istəyirik. Mən ona çox minnətdaram ki, o çox sayda adamın işdən çıxmasına kömək edib, çünki bizim indi maaş üçün büdcəmiz kiçikdir. Onların ora qayıtmasına heçbir real ehtiyac yoxdur…Biz çoxlu pula qənaət edəcəyik”.

Putin göstəriş verib ki, ABŞ-ın Rusiyadakı səfirlik və konsulluq işçilərinin sayı 1200 nəfərdən 450 nəfərə endirilsin. Bu, ABŞ Konqresinin Rusiyaya qarşı yeni sanksiyalar qoymasına cavabdır. Konqres Rusiyanı ABŞ-dakı ötənilki prezident seçkilərinə müdaxilə etməkdə suçlayıb və buna görə Kremlə qarşı sanksiyaların sərtləşdirilməsinə səs verib. Tramp qanunu tənqid etsə də, imzalayıb.



Donald Trampın təşəkkürü həm də ona görə birmənalı qarşılanmamışdı ki, o, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin xərclərinin təxminən 30 faiz azaldılması haqqında təklif vermişdi.Üstəlik də seçki məsələsində Kremllə gizli işbirliyi ilə bağlıiddialar elə Trampın öz komandasına qarşı yönəlib.Hazırda Federal Təhqiqat Bürosu bu məsələni aydınlaşdırmaq üçün araşdırma aparır.

Seçki dövründə Tramp-ın qərargahının mühüm fiqurlarından olmuş Paul Manafortun evində bu günlərdə axtarış da aparılıb. ABŞ prezidenti bildirir ki, o heç zaman Putinin adamları ilə seçki mövzusunu müzakirə etməyib və onun seçki kampaniyası şəffaf olub.




Xəbərin oxunma sayı : 214




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap