“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Trampdan Çin prezidentinə 325 milyardlıq hədə – “Əgər danışıqlara getməsə…”

Tarix 11.06.19, 9:33

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Çin prezidentinin danışıqlara getmədiyi təqdirdə, o ölkənin 325 milyardlıq mallarına yeni tariflər tətbiq edəcəyi ilə hədələyib.

APA-nın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Donald Tramp CNBC agentliyinə müsahibəsi zamanı deyib ki, bu ayın sonunda Yaponiyanın Osaka şəhərində Böyük İyirmiliyin sammiti çərçivəsində Çin prezidenti Tsi Cinpinqlə görüşəcəyinə ümid edir: “Düşünürəm o da gələcək və biz görüşəcəyik”.

Çin Vaşinqtonu ticarət danışıqlarının dalana dirənməsində “tək məsuliyyət” daşımaqda ittiham edərək, Pekinin prinsipial şəkildə geri çəkilməyəcəyini bildirib.

Çin ABŞ-ın danışıqlardan çəkildiyini və tariflərin iki ölkə arasındakı ticarət problemlərini həll etməyəcəyini deyib.

ABŞ prezidenti hələ də Çinin Amerika ilə yeni ticarət razılığı əldə edilməsini istədiyini və müzakirə edilmiş bəzi razılıqları qəbul etmədiyinə görə təəssüf hissi keçirə biləcəyini deyib.

Birləşmiş Ştatlar 200 milyard dollar dəyərindəki Çin idxallarına tarifi 10 faizdən 25 faizədək artırıb.

Çinin Maliyyə Nazirliyi iyun ayının 1-dən etibarən 5 faizlik tariflərin 25 faizə qaldırıb və bu, Çinə ixrac edilən 5140 məhsula şamil edilib.



Xəbərin oxunma sayı : 154




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap