Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Trampla Pentagonun gələcək başçısı arasında ziddiyyət

Tarix 14.01.17, 1:49

Font ölçüsü : - / +
bitmap-img6


"The İndependent" yazır ki, Donald Trampın gələcək müdafiə naziri deyib ki, "dünya nizamı II dünya müharibəsindən sonra ən böyük hücum təhlükəsi altındadır"


General James Mattis Senatda vəzifəyə təsdiq edilməsi üçün keçirilən dinləmədə iddia edib ki, Vladimir Putin "Şimali Atlantika Alyansını sındırmağa cəhdlər göstərir" və ABŞ özünü müdafiə etmək üçün addımlar atmalıdır

Təqaüddə olan general İranla nüvə silahına dair saziş barədə suala cavab verərkən bididirib ki, Tehran "Yaxın Şərqdə ən böyük sabitsizlik mənbəyidir", lakin ABŞ onunla bağladığı sazişə əməl etməlidir.

"The İndependent" yazır ki, generalın iki bəyanatı onun birbaşa komandanı olacaq Donald Trampla aralarındakı kəskin ziddiyyəti göstərib.

Donald Tramp Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə məlumatları "axmaq iddialar" kimi rədd etmiş və ölkənin kəşfiyyat xidmətlərini Rusiyaya dair saxta xəbərlərlə oynamaqda günahlandırmışdı.

Cənab Tramp NATO-nu köhnəlmiş bir təşkilat kimi tənqid etmişdi, lakin general Mattis təşkilatı "müasir tarixdə, bəlkə də ümumiyyətlə tarixdə ən uğurlu hərbi alyans" adlandırıb.

Cənab Tramp özünün namizədlik kampaniyası zamanı dəfələrlə elan etmişdi ki, Barak Obama administrasiyasının İranla imzaladığı sazişi "cırıb atacaq".

General Mattis isə deyib ki, ABŞ "İranın regional hegemonluğa can atan strategiyasını nəzarətdə saxlamalıdır".

"Amerika nədəsə söz verirsə, biz bu sözün ağası olmalıyıq və öz müttəfiqlərimizlə işləməkdə davam etməliyik"- deyib Mattis. Başqa sözlərlə general sazişi saxlamağın tərəfdarı olduğuna işarə edib.

Bundan başqa, generala onun orduda qadınlara döyüş rolunun verilməsi məsələsindəki mövqeyinə aid sual da verilib.

General Mattis 2015-ci ildə qadınların döyüş mövqelərinə buraxılması təklifi ilə əlaqədar bildirmişdi ki, bu, ordunun "standartlarını aşağı sala bilər".

Lakin Senat dinləməsi zamanı bu məsələ barəsində demokrat senator Kler MakKaskilin sualına cavab verərkən Mattis deyib ki, "mənim bizim hərbiyyəmizdə qadınların iştirakı üçün heç bir aspektdə etirazım yoxdur".

General deyib ki, kişi və ya qadınlığından asılı olmayaq hərbçi tələb edilən standartlara cavab verməlidir.

"The İndependent" yazır ki, hazırkı nazir Eş Karter ötən ilin yanvarından qadınlara hərbiyyənin istənilən sahəsində xidmət etmək imkanı verib.

Bundan əvvəl general Mattis açıq geylərin orduda xidmət etməsinə qarşı çıxırıdı. Lakin New York senatoru Kirsten Gillibrand generaldan seksual azlıqların orduda xidmətinə necə baxdığını soruşub.

"Düzünü desəm, senator, mən bir-biri ilə yatan iki nəfərin kimliyi ilə heç vaxt maraqlanmamışam" - deyib general (BBC).



Xəbərin oxunma sayı : 100




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap