Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Uşağı mütaliəyə necə öyrətməli və buna nə vaxt başlamalı:sadə üsullar

Tarix 05.01.19, 22:00

Font ölçüsü : - / +
bitmap-img6


Müasir dövrdə valideynlər öz uşaqlarını vunderkind kimi böyütmək üçün səylə çalışırlar. Erkən inkişafın müxtəlif metodikaları bu günümüzdə çox populyardır. İlk növbədə, geniş dünyagörüşünə malik analar və atalar öz uşaqlarını daha erkən mütaliəyə öyrətməyə can atırlar. Lakin bu, heç də hamıda uğurlu alınmır. Ev şəraitində təlim üçün ən yaxşı metodikanı necə seçmək və artıq 3-4 yaşlarında uşağı hərfləri öyrənməyə məcbur etməyə dəyərmi? Pedaqoq və psixoloqlar bu barədə nə deyirlər?

AZƏRTAC xarici ölkə saytlarına istinadla xəbər verir ki, mütaliə üzrə məşhur uşaq-rekordsmenlərdən biri Vinnitsya vilayətinin (Ukrayna) ucqar qəsəbəsində doğulan Mişa adlı oğlandır. Maraqlıdır ki, böyüklərdən heç kim körpəni erkən yaşlarında öyrətməyə cəhd göstərməyib. Lakin artıq 1 yaş 3 aylığında Mişa sərbəst şəkildə əlifbanı qavrayıb, yaşyarımında isə qəzet oxuyub. Fövqəluşaq 2 yaşında ikən qonşu kənddən özünün tərbiyəsi ilə məşğul olmağa gəlmiş 85 yaşlı bisavad ulu nənəsinə oxumaq öyrədib.

Lakin uşaqlar müxtəlifdir və heç də hamısı 6-7 yaşadək mütaliə etməyə qadir deyil. Hər şeyin öz vaxtı var. Hər halda məktəbəqədər uşaqlarda oyun fəaliyyəti əsasdır. Məhz bu, onların harmonik inkişafına kömək edir.

Uşağa 3-4 yaşında zorla hərfləri öyrətməyə çalışan valideynlər onları dünyanı təbii proseslə tanımaqdan yayındırır, bununla da körpəyə zərər vururlar.

Reallıqda insanın gələcək qabiliyyəti heç də onun mütaliəyə hansı yaşda başlamağından asılı deyil. Bu, uşağın daha çox fantaziyasından və təxəyyülündən asılıdır. Belə ki, hələ manejdə ikən körpənizə üstündə hərflər yazılan kublar vermək əvəzinə ona nağıllar danışıb, maraqlı oyunlara cəlb etməniz yaxşı olardı və ümumiyyətlə, uşağın düzgün nitqini formalaşdırmaqdan ötrü onunla daha çox ünsiyyətdə olmalısınız.

Təcrübə göstərir ki, birinci sinifdə oxumağı öyrənən uşaqlar nəticədə heç də erkən dövrdə kitabı mənimsəyən həmyaşıdlarından geri qalmırlar.

Uşaq psixoloqları isə hesab edirlər ki, əgər mütaliəyə erkən dövrdə başlamaq uşağın arzusuna ziddirsə, o zaman bu, beyinin düzgün inkişafına maneçilik törədir. Məhz bu səbəbdən körpəyə əlifbanı vaxtından əvvəl və zorla öyrətmək nəinki mənasızdır, həm də zərərlidir. İş orasındadır ki, 7 yaşadək körpələrin çoxunda beyinin hərflərin tanımasına cavabdeh olan şöbələri hələ tam inkişaf etməyə macal tapmayıb. Əgər valideynlər uşağı zorla oxumağa məcbur edərlərsə, o zaman beyinin bu şöbələri ünsiyyət və bədii təfəkkürə cavabdeh olan digər şöbələrin inkişafını dayandırır.

Körpəni 3-4 yaşlarında sürətlə oxuyan və ya əla sayan dahi etmək cəhdi bəzi hallarda ünsiyyət probleminə və intellektin ümumi azalmasına gətirib çıxarır. Əlbəttə ki, burada uşağın istedadı ilə valideynin öz körpəsinə bilik vermək cəhdini səhv salmaq lazım deyil. Əgər sizin körpəniz özü kitablara meyillidirsə və hərfləri öyrənməyə cəhd göstərirsə, o zaman onu dayandırmaq lazım deyil, erkən mütaliəyə cəhd daha çox onun fərdi xüsusiyyətidir.




Xəbərin oxunma sayı : 298




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap