Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Uşaq evindən şikayət edən yeniyetmə psixiatriya xəstəxanasına niyə yerləşdirilib? - AÇIQLAMA

Tarix 31.03.23, 15:37

Font ölçüsü : - / +
bitmap-img6


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən edilən şikayətlə bağlı məsələyə münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, müəssisə barədə iddia səsləndirən yeniyetmənin qardaşı Ə.Hacıyev quruma dəvət olunub: “O bildirdi ki, kiçik qardaşının davranış pozuntusu var və onun müalicə olunmasını istəyir. Hazırda sözügedən yeniyetmə psixiatriya xəstəxanasındadır. Müalicədən sonra öz qardaşının himayəsinə veriləcək. Məsələ komitənin nəzarətindədir”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirmişdi. Qeyd etmişdi ki, müəssisədə uşaqlara quru çörək verirlər: “Uşaq evinə gələn ərzağı, meyvələri, südü aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar”.

Xatırladaq ki, iddiaları səsləndirən şəxs dörd qardaşdır. Onlar uşaq evində böyüyüblər. 




Xəbərin oxunma sayı : 796




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap