Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Uşaqlar 1 yaşından bağçaya veriləcək –Qanun dəyişdi

Tarix 18.05.18, 20:28

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olunub.

Qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli söyləyib ki, qanuna təklif edilən dəyişiklikdə Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, “Təhsil haqqında” qanununun mövcud variantına əsasən, məktəbəqədər təhsil 3 yaşından başlayır: “Amma uşağı 3 yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəmək başlamaq məqsədilə “Məktəbəqədər qədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin 1 yaşından başlanılması qərara alınıb. Dünyada hətta 2, 3 aylıqdan uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq 1 il ana tərbiyəsi almalıdır. Biz “Təhsil haqqında” qanunda da uşaqların 1 yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.

Qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.



Xəbərin oxunma sayı : 307




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap