Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Uşaqlarımızın gələcəyi üçün hər birimizin vaksin olunması vacibdir

Tarix 22.06.21, 14:36

Font ölçüsü : - / +
bitmap-img6


COVID-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili
məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilmədi.

Pandemiya “müasir dövrdə təhsilə vurulan ən böyük zərbə” hesab edilə bilər. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir. COVID-19 dünyada pandemiyaya çevrilməklə bütün ölkələrin iqtisadiyyatlarına
ciddi zərbə vurdu. Koronavirus son onilliklərin ən geniş yayılmış xəstəliyi olmaqla insanların bütün həyat tərzini dəyişdi. Bu dəyişikliklər özü ilə yeni reallıqları da gətirdi.

Dünyada tibbi maska və digər tibbi avadanlıqlarla bağlı çatışmazlıqlar yarandı. İlk vaxtlarda hətta dünyanın bəzi ölkələrində vəziyyət nəzarətdən çıxdı. Bir sıra ölkələr isə yaranmış borc səbəbindən beynəlxalq təşkilatlardan yardım istədi. Təbii ki, Prezident İlham Əliyevin göstərişinə əsasən vaxtında atılmış addımlar nəticəsində ölkəmizdə xəstəliyin geniş yayılmasının qarşısı dərhal alındı. Dövlətimizin başçısının göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə “Azərbaycan
Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiqləndir. Habelə ötən il fevralın 27-də koronovirusun Azərbaycan ərazisində törədə biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ
Qərargah yaradıldı. Azərbaycanın tibbi təchizat baxımından xaricdən asılılığını aradan qaldırmaq məqsədilə tibbi maska istehsal edən müəssisə istifadəyə verildi, dövlətimizin başçısının göstərişi əsasında qısa müddətdə “Yeni Klinika” tibb mərkəzi, həmçinin modul tipli xəstəxanalar fəaliyyətə başladı. Xəstəliyə qarşı aparılan sistemli mübarizə qısa müddətdə müsbət nəticəsini verməyə başladı. Virusa yoluxanların sayının azalması isə
görülən işlərin səmərəliliyinin əsas göstəricisi oldu.

İradə Abbasəliyeva



Xəbərin oxunma sayı : 244




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap