Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Uşaqlar xarici dili hansı yaşda daha yaxşı mənimsəyirlər? –Alimlərdən maraqlı tədqiqat

Tarix 19.05.18, 4:17

Font ölçüsü : - / +
bitmap-img6


“Newsweek” dilçi alimlərin yeni araşdırmasına istinadən yazır ki, uşaqlar xarici dilin öyrənilməsinə 10 yaşa qədər başlamalıdırlar. Xarici dilin öyrənilməsinə yalnız bu yaşa qədər başlayanlar sonradan həmin dilin daşıyıcıları qədər səlis və rahat danışa bilirlər.

Alimlər bunu da bildirirlər ki, 10 yaşdan sonra insan yalnız hər hansı səbəbdən bilmədiyi ana dilini mükəmməl öyrənə bilər.

Yeni araşdırma habelə müəyyən edib ki, uşaqlar xarici dilin qrammatikasını 17-18 yaşınadək yaxşı qavraya bilirlər. Əvvəllər bunun daha erkən yaşlarda başa çatdığı düşünülürdü.

Nəticələr göstərir ki, uşaqlar 10 yaşından sonra da dili sürətlə öyrənə bilirlər, lakin onlar həmin dildə heç vaxt 100 faiz səlis danışa bilməyəcəklər. Çünki üzü 17 yaşa doğru xarici dil öyrənməyin sürəti azalmaqda davam edir.

Bu araşdırmanın müəllifi, Massaçussets Texnoloji İnstititu Boston kollecinin professoru Coşua Hertşorn (Joshua Hartshorne) deyib:

“Bizi maraqlandıran başlıca sual bu idi ki, dil öyrənmək qabiliyyəti artıq doğuş anından, yoxsa beş yaşından və ya başqa yaşdan azalır. Bu tədqiqat ilk növbədə uşaqların xarici dili yaşlılardan niyə daha yaxşı öyrənməsinin səbəbi barədə sualı cavablandırır”.

Nəticələri “Cognition” jurnalında dərc edilmiş tədqiqatı MTİ və Harvard universitetlərinin alimləri 670 min nəfər arasında sorğu keçirərək aparıblar. Bu, dilin öyrənilməsi barədə indiyədək aparılmış ən böyük araşdırmadır.

Bundan əvvəl sadəcə olaraq uşaqlarla yaşlıların dil öyrənmək qabiliyyətləri paralel araşdırılırdı. Lakin son araşdırmada başlıca diqqət qrammatikanın əxz edilməsi sürətinə yönəldilib.

Tədqiqat zamanı yaddillilərin ingilis dilini öyrənməsi prosesi nəzərdən keçirilirdi.

Bunun üçün iştirakçıların arasında anketlər paylanmışdı.

Alimlər bildirirlər ki, indi onların əsas məqsədi xarici dil öyrənmək qabiliyyətinin yaş ötdükcə niyə azaldığının araşdırılmasıdır.

Ekspertlər deyirlər ki, bu, insanın biologiyası ilə bağlı məsələ ola bilər.

Amma bir məsələ tamamilə aydındır: xarici dillərin öyrənilməsi 17-18 yaşlarınadək effektlidir.

Alimlər bildirirlər ki, hər şey bir yana, bu yaşdan sonra həyatın başqa qayğıları artmağa başlayır.



Xəbərin oxunma sayı : 511




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap