“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

UEFA-dan “Qarabağ”a sərt xəbərdarlıq: “Bir daha təkrarlanmasın!”

Tarix 28.02.24, 23:50

Font ölçüsü : - / +
bitmap-img6


UEFA “Qarabağ”a ciddi xəbərdarlıq edib.

Buna səbəb Avropa Liqasının pley-off mərhələsində keçirilən “Qarabağ” – “Braqa” matçı üçün qeydiyyatdan keçən bloqqerlərin qaydalara ziddi olaraq çəkilişlər etməsidir.

Qitə futbol qurumu nəticədə Ağdam klubuna xəbərdarlıq edib.

Bununla bağlı açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumatı təsdiqləyib: “UEFA-nın çəkiliş üçün qaydaları var. Qapı arxasındakı ərazi sırf fotoqrafların çəkilişi üçün nəzərdə tutulub. Amma bloqqerlər bizdən fotoqraf akkrediyasiyası alıb orda videoçəkiliş edirlər. Bunu etməməlidirlər. Çünki çəkiliş hüququna sahib olan media şirkətləri var. Onların müqavilələri var və başqaları çəkiliş etməməlidir. Klubun özü belə yalnız 24 saat sonra video paylaşa bilər.

UEFA da bununla bağlı bizə xəbərdarlıq etdi, amma hər hansı cərimələmə olmayıb. Son oyunumuzda bəzi qayda pozuntuları olub. “Qarabağ” – “Braqa” matçındakı nümayəndələr də bizə irad bildirdilər. Növbəti oyunda bunu nəzərə alacağıq”.



Xəbərin oxunma sayı : 928




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap