Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

UEFA Avropa Liqasının finalı:“Çelsi” və “Arsenal” komandalarının start heyətləri açıqlanıb

Tarix 29.05.19, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final qarşılaşmasının iştirakçılarının – Londonun “Çelsi” və “Arsenal” komandalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, nominal ev sahibinin “Çelsi”nin start heyətində meydana Kepa Arrisabalaqa (1), Sezar Aspilikueta (28), Andreas Kristiensen (27), David Luis (30), Emerson Palmieri (33), Mateo Kovaçiç (17), Jorjinyo (5), Nqolo Kante (7), Pedro Rodriqes (11), Oliviye Jiru (18) və Eden Hazard (10) meydana çıxıblar.

“Arsenal” klubunun start heyətində isə Petr Çex (q), Sead Kolaşinats (31), Loran Koselni (6), Sokratis Papastatopulos (5), Naço Monreal (18), Enzli Meytlend-Naylz (15), Qranit Xaka (34), Lukas Torreyra (11), Pyer-Emerik Obameyanq (14), Mesut Özil (10) və Aleksandr Lakezet (9) yer alıblar.

Oyunu italiyalı referi Canluka Rokki idarə edəcək. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunacaq. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar dördüncü əvəzləmədən istifadə edə biləcəklər. Əgər matçın əsas vaxtında qalib müəyyənləşməzsə və əlavə vaxt təyin olunarsa komandalar dördüncü əvəzetmədən istifadə edəcəklər.

Xatırladaq ki, “Arsenal” bu oyunda qalib gələcəyi təqdirdə tarixində ilk dəfə UEFA Avropa Liqasının kubokuna sahib olacaq. “Çelsi” isə 2012-2013-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.




Xəbərin oxunma sayı : 172




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap