Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ukrayna analitiki Ankaranın Kiyevə “atdığı”nı yazdı:“Bizə təntənəylə tomos təqdim etdi, qaz qovşağı və milyardları özünə götürdü” – Araşdırma

Tarix 06.12.18, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Aleksey Kuş

112.ua (Ukrayna), 05.12.2018

Yüksək keyfiyyətli dövlət menecmenti möcüzələr yaradır: qaz qovşağı roluna heç vaxt iddia etməyən ölkələr buna çevrilir. Kimsə iyirmi il qabaq desəydi ki, Türkiyə qaz qovşağına və Rusiya qazının Avropaya ən böyük tranzitçisinə çevriləcək, çoxları bu gümanı “Min bir gecə” düzümündən növbəti nağıl sayardı…

Ukraynanın QNS-i (qaz nəqli sistemi-red.) magistral qaz borularının yüksək buraxılış qabiliyyəti və Avropanın fəal həcminin üçdə birini təşkil edən təbii qazın yeraltı anbarlarıyla o zaman bu qədər sarsılmaz sayılırdı. Amma o vaxtdan bəri “boru” vasitəsilə bizdə daha kimlər qazanmayıb. Ukrayna gerçəkliklərində “qazdan” qazanc “mavi göz”dəki həqiqət kimidir: “qaz tarlası” nisbətən qısa dönəmdə Azov dənizinin Ukrayna və RF-nin daxili suları kimi tanınması və eləcə ucuz tranzit kimi siyasi güzəştlərlə “satın alınan” təkcə ucuz enerji resurslarının qiymətindən başqa bir neçə oliqarx qrupu yetişdirməkdən savayı nə dövlətə, nə də adi adamlara nəsə verib.

Amma Türkiyədə dövlət menecmenti “qovşaq” möcüzələri yaradırsa, Ukraynada bizim “elitalar” bundan az olmayan, iqtisadi antiutopiyanın nadir örnəkciyi kimi baxılması mümkün olan fantastik “antimöcüzələr” rəqsləndirirlər. Antiutopiyanın sinonimlərindən birinin “kakotopiya” (şər ölkə-red.) olduğunu yada salsaq, onda hər şey öz yerini tutur.

Həm QNS-in, həm də YQA-ların (yeraltı qaz anbarı-red.) nadir rəqabət imkanlarına baxmayaraq, məhv olmasa da, “pas tutduğu” bir zamanda biz bu “kakotopiya”da hərfi mənada batırıq. Belə bir tranzit potensialını söndürərək qovşaq ölkədən dalan ölkəyə çevrilmək – bunun üçün də görkəmli idarəçilik istedadı, ya da qeyri-adi acgözlük gərəkdir.

Bəs təmtəraqlı limanlar?

2017-də Türkiyədə qazın işlənməsi il boyunca 16%-i aşmaqla 53 milyard kubmetr çoxalaraq ən yüksək tarixi nöqtəyə çatıb. Bu tendensiya bundan sonra da saxlanacaq, axı iqlim dəyişikliyi və su ehtiyatlarının azalması üzündən ölkədə hidroenergetika imkanları kiçilir və elektrik almaq üçün qaz yandırmaq gərəkdir.

Tədarüklərin şaxələndirilməsi baxımından, haradasa, 25 milyard kubmetr RF-nin payına düşür. Qalan tədarükləri o cümlədən Azərbaycan və İran bağlayır. Bundan başqa, Türkiyə Əlcəzair və Nigeriyadan dəniz yoluyla sıxılmış qaz tədarükünü yoluna qoyub.

Türkiyə gələn il “Mavi axın”dan əlavə öz adıyla axın da əldə edəcək. “Türk axını”nın iki qanadının inşası 7 milyard avro dəyərləndirilir, bu QNS-in yekun buraxılış bacarığı ildə 30 milyard kubmetrdən yuxarı olacaq.

“Qazprom”un proqnozlarına görə, “Türk axını”nın inşasının tam başa çatması qaz borusunun qurudakı hissəsinin istismara veriləcəyi 2019-cu ildə baş tutacaq. Tranizitin dəniz hissəsi lap bu günlərdə vaxtından qabaq başa çatıb və RF və Türkiyə başçıları tərəfindən təntənəylə “qəbul edilib”.

“Qazprom”un dəyərləndirdiyinə görə, “Türk axını”nın birinci qanadı qazın Türkiyə bazarına tədarükü, ikincisi isə qazın Cənubi Avropaya – Bolqarıstan, Serbiya, Yunanıstan, İtaliyaya tədarükü üçün işləyəcək. Bundan savayı, işlək olan “Mavi axın” da Türkiyənin tələbatını ödəyəcək.

Beləliklə, türklər gözümüzün qabağında yarış iştirakçılarınım zeytun yağıyla gen-bol yağlandığı “gürəş” milli güləşi qaydasınca həm şərqli, həm də qərbli qonşularına qarşı incə bir kələk işlətdi. Sanki AB və Rusiyanın qəliz geopolitik kombinasiyaları şəraitində türklərin tutacağı heç nə yox idi. Amma yox, yekəpər rəqiblərin “gövdə”sindən yapışıb onları “kürəyini yerə qoydular”.

Rusiyalılar başlanğıcda Rusiya qazının Anapadan (RF) Varnaya (Bolqarıstan) və sonra Balkanlara və Mərkəzi Avropa ölkələrinə tədarük marşrutunu açmalı olan “Cənub axını” layihəsinin inşasını gözdən keçirirdilər. Amma dolayı cənub yolunun bəxti şimaldakından xeyli az gətirdi. Onun startı 2014-cü ildə gözlənilirdi və Ukraynada savaş, habelə Krımın ilhaqı rusiyalıların planını tam pozan dırmıq oldu. Sofiyada bolqarların iniltisinə baxmayaraq, “Cənub axını”nın dondurulması Brüsselin Kiyevə doğru siyasi avansına çevrildi. Bundan savayı, Tranzit və qaz satışı funksiyalarının bölünməsini nəzərdə tutan  Üçüncü energetika zərfiylə “Qazprom”un boğazından yapışdı. Axı RF bütün dolayı qaz borularını praktik olaraq öz puluna çəkir.

“Qazprom” indi Avropa ölkələrində qeydə alınan törəmə treyder qrurumları yaratmaqla bu normativ suqsvanqdan yan keçir. Amma bu, türklərlə baş tutmayıb. Ərdoğan rusiyalılara öz siyasi protektoratını və canlandırılmış “Cənub axını”nın Türkiyə variantının hətta Ukraynada durumun kəskinləşəcəyi halda da bağlanmayacağı zəmanətini təklif edib. Türkiyə lideri əvəzində, şərti deyilsə, “təkcə” yeni QNS “bağışlamağı” deyil, həm də Rusiya qazının AB bazarına tranzit profisit pay tədarükünə eksklüziv verməyi tələb edib.

“Qazprom” bu tranzit modelində qazı yalnız AB sərhədinədək tədarük edir, avropalılar isə qazın yeni QNS-dən götürülməsi yolu və mexanizmini artıq Türkiyə tərəfiylə birgə müəyyən edirlər. RF bu qayda ilə son dərəcə özəl olsa da, Üçüncü enerj zərfinin tələblərini yerinə yetirir, Türkiyə isə on milyardlarla kubmetr gücü olan qaz qovşağı qurmaq üçün ideal texniki çıxış şərtlərini asanlıqla əldə edir. Təbii ki, perspektivdə.

Bu tranzit sxemi Moskva üçün ona görə yaxşıdır ki, bir yandan, cənubda dolayı magistral tranzit marşrutlarıyla Ukrayna QNS-ini faktiki gücdən salır, o biri yandan isə Vaşinqtonun sanksiya tələblərinə “yox” deyə biləcək Ankaranın simasında tranizt tərəfdaşı qazanır.

Beləliklə, Türkiyədə Krımın ilhaqının tanımamaq və İstanbulda təntənəylə tomos təqdim etməkdə hər sayaq dəstək yoluyla Ukrayna hökumətinin başının altına yastıq qoyunca türklər daha bayağı və daha az ruhsal öyüdlə, yəni Ukraynada qaz qovşağının yarısını atüstü  yerə basdıraraq, haradasa, ildə bir milyard dollarlıq tranzit üstünlüyünü Kiyevdən “gəmirməklə” uğraşıblar.

Azərbaycanın Şahdəniz yatağından Cənub Qaz Dəhlizi deyilən yeni qaz marşrutunun işə salınması perspektivini də bura əlavə edək və Türkiyənin qaz qovşağı pazlı tam formalaşacaq…

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 310




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap