|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Ukrayna böhranı Rusiya böhranına çevrilir - Putin suqsvanq vəziyyətində...
Tarix 13.02.22, 19:43 |
|
Putin, ya Ukraynaya hücum, ya da qoşunları geri çəkmək barədə qərar verməlidir
Rusiya əvvəlcə Ukrayna sərhədlərinə ordu topladı, sonra ABŞ və NATO qarşısında tələblər qoydu. Yəni diplomatiyasını sərt güc nümayişi ilə dəstəklədi. Bu nümayiş ilk növbədə Qərbdəki qərarvericilərə və ictimai rəyə yönəlmişdi ki, nəticə əldə olunsun. Məhz Ukraynaya hücum niyyəti və məqsədi ilə bu hərbi toplanışın həyata keçirildiyi inandırıcı deyil.
Rusiya Qərb blokunun vahidliyinin uzun müddətdir pozulduğunu və kontinental Avropanın Amerikadan uzaqlaşdığını, Qərbdə uzun illərdir liderlik böhranı yaşandığını, ABŞ siyasi sisteminin 2 təməl dirəyi olan partiyaların başının daha çox iç hesablaşmalara qarışdığını, hətta demokrat prezidentin demokratların çoxluqda olduğu Konqresdən kritik qanun təşəbbüslərini keçirə bilməyəcək dərəcədə zəif olduğunu müşahidə edirdi. Rusiya özü də ötən dövrdə boş durmamış və Qərbin siyasi, akademik, media çevrələrində müxtəlif dəstək qrupları (agentlər, təsir agentləri, səmimi inananlar və s.) yaratmış, bu qruplar Rusiyanın milli maraqlarına hörmətlə yanaşılmasının zəruriliyi yönündə ardıcıl təbliğat apararaq öz toplumlarında bu fikrə inanıb, onu müdafiə edən geniş bir çevrə formalaşdıra bilmişdilər. Hətta Putin rejiminə skeptik baxan bir çoxları belə Krımın ilhaqı ilə artıq dəyişməz reallıq kimi barışmaq lazım olduğunu söyləyir, Ukraynanın şərqindəki konfliktin qarşılıqlı güzəştlərlə yoluna qoyulması, Ukraynanın “finlandiyalaşması” (bloklara qoşulmama və öz xarici, təhlükəsizlik siyasətində Moskvanın maraqlarını nəzərə alma) ideyası ilə çıxış edirdilər. Qərb toplumlarının heç bir hal və şərt altında müharibə istəmədiyi və bu ehtimaldan çox qorxduğu, bu səbəbdən öz hökumətləri üzərində Rusiyanın tələblərinə diqqətlə yanaşılması yönündə basqı quracağı da hesaba qatılmışdı. Ukraynanın nə üçün vacib olduğu və onun üzündən Rusiya ilə münasibətlərin niyə soyuqlaşdığı Avropa və ABŞ-da ictimai səviyyədə anlaşılmır və dəstəklənmirdi.
Moskvada düşünülürdü ki, belə bir əlverişli zəmində irəli sürdüyü tələblərin hamısı olmasa belə, ən azından postsovet məkanı ilə bağlı hissəsinin qəbul olunması, bu məkanın rus dövlətinin müstəsna, qanuni maraq zonası kimi tanınması şansı yüksəkdir. Bunun üçün Qərb Zelenskiyə təzyiq göstərib, onu Rusiyanın sülh şərtlərini qəbul etməyə vadar edəcək.
Bir sözlə, Kreml “fürsət bu fürsət” prinsipi ilə hərəkətə keçdi. Lakin təhlil və proqnozlaşdırmada xətayamı yol verildi? Hələ proses başa çatmayıb, amma belə görünür.
Bayden hökuməti çox qısa müddətdə bu məsələdə bütün Qərbin konsolidasiyasına nail ola bilib. Rusiya təbliğatının təkrarlamağı sevdiyi “kollektiv Qərb” anlayışı praktikada yox idi, indi var. (Təbii ki, bu dövlətlərin fərqli maraqları hər zaman olacaq, amma strateji məsələlərdə birlik və vahid siyasət önəmlidir.) ABŞ və Avropa Birliyi Rusiyaya qarşı əvvəlki içiboş sanksiyalardan fərqli olaraq, həqiqi sanksiyalar paketi razılaşdırıb. ABŞ və NATO Şərqi Avropadan çıxmır, əksinə, əlavə qüvvə göndərməklə orada möhkəmlənir. Qərb mediasında “soyuq müharibə”nin bitməsindən bəri ilə dəfədir ki, bu miqyasda bir antirusiya təbliğatı gedir. Və” soyuq müharibə”dən sonra ilk dəfədir ki, bu səviyyədə antirusiya konsensusu formalaşıb. Almaniya, Fransa, İtaliya kimi Rusiya ilə ən yaxşı münasibətlərə malik olan ölkələrdə keçirilən rəy sorğusu göstərir ki, əhalinin əksəriyyəti Ukraynaya dəstək verilməsinin tərəfdarıdır. Bu, Avropa ictimai rəyində çox mühüm dəyişiklikdir və hökumətlərin siyasətinə də təsir göstərir.
Rusiyanın 2008-ci ildə Gürcüstana, 2014-cü ildə Ukraynaya hərbi müdaxilələri Qərbin bütün strukturlarının səssizliyi şəraitində baş vermişdi, indi isə görürük ki, problemə Ukraynanın özündən daha artıq diqqət göstərilir, ardıcıl və intensiv PR işi aparılır, kəşfiyyat məlumatlarının hətta bəzən emal edilmədən xam şəkildə mediaya ötürüldüyü də sezilir. Bu, Ukraynaya ürəyiyananlıqdan daha çox, dəyişən maraqlardan və geosiyasi reallıqlardan qaynaqlanır. Bayden seçildikdən sonra onun administrasiyasında Rusiya ilə anlaşma meyli daha çox önə çıxmışdı (Sallivan xətti), bu çərçivədə Moskvaya yüksək səviyyəli emissarlar göndərildi, lakin görünür, Çin məsələsində Vaşinqton gözlədiyi dəstəyi ala bilmədi. Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi və mətbuata açıqladığı anlaşma mətnləri əslində ABŞ-la qapalı dialoqda gündəmə gətirdiyi məsələlər idi. Moskvanın “soyuq müharibə”nin nəticələrini təftiş etməyə, Avropa geosiyasətində SSRİ dövründəki rolunu və təsirini bərpa etməyə çalışması ABŞ üçün qəbuledilməzdir. Məşhur britaniyalı coğrafiyaşünas, geopolitika elminin banilərindən sayılan Halford Makkinderin “Hartlend” (Heartland) nəzəriyyəsində dünya hökmranlığına gedən yolun başlanğıcı sayılan Şərqi Avropaya nəzarətin bölüşdürülməsi ABŞ-ın planlarına daxil deyil. Bunu Ukrayna ilə həmsərhəd ölkələr olan Polşaya əlavə qüvvə göndərilməsi, Slovakiya ilə bağlanan hərbi müqavilə də təsdiqləyir. Hər iki Şərqi Avropa ölkəsi ABŞ ordusuna öz ərazisindən, hərbi aerodromlarından istifadə icazəsi verib. (Yeri gəlmişkən, Danimarka ilə də analoji müqavilə imzalanacaq.) Avropa cəbhəsində atılacaq geri addım Hind-Sakit okean regionunda Çinin ekspansiya həvəsini də artıra biləcəyi üçün ABŞ belə görünür ki, ciddi oyunpozucu halına gəlmiş Putin Rusiyasına dərs vermə ehtiyacı hiss edir. Nəticədə Bayden administrasiyanın Rusiya siyasətində sərtlik tərəfdarlarının (Blinken xətti) önə keçdiyini müşahidə edirik.
Hazırda elə situasiya yaranıb ki, Ukrayna böhranının Rusiyanın böhranına çevrilməsi ehtimalı var.
Putin şahmatdakı suqsvanq vəziyyətinə gətirilib: o, indi ya Ukraynaya hücum, ya da qoşunları bu ölkə sərhədlərindən çıxarmaq barədə qərar verməlidir. Hər ikisi böyük risklər daşıyır. Bəlkə də həqiqətən təlimlər bitdikdən sonra ordu daimi dislokasiya yerlərinə qaytarılacaqdı, amma indi – bu qədər səs-küydən sonra bunu etmək dünya tərəfindən Putinin “yeni böyük oyun”u uduzması kimi qiymətləndiriləcək. Hazırda Rusiya hökuməti bir tərəfdən Ukraynaya hücum edəcəyi barədə xəbərləri anqlo-saksonların yalanı adlandırır və bu yöndə təbliğatın məqsədli olduğunu bildirir, amma digər tərəfdən Ukraynanın şərqindəki oyuncaq respublikaların rəhbərləri Moskvadan aldıqları şübhə doğurmayan direktivlə Rusiya hərbi müdaxiləsinə zəmin hazırlamağa yönəlmiş bəyanatlar verirlər. Bu ziddiyyətli görüntü Rusiya dövləti daxilində fərqli düşüncələrin olduğuna dəlalət edə bilər: mümkündür ki, hansısa qanad hərbi müdaxilənin tərəfdarıdır, digər qanad isə bunun əleyhinə çıxır. “Ümumrusiya Zabit Məclisi” adlı ictimai təşkilatın rəhbəri, Rusiya Müdafiə Nazirliyi sistemində yüksək vəzifələr tutmuş general-polkovnik Leonid İvaşovun bəyanatı da bu baxımdan maraqlıdır. İvaşov Ukrayna ilə savaşın Rusiyanın mövcudluğunu şübhə altında qoyacağını, iki xalqı daimi düşmənə çevirəcəyini vurğulayaraq Putini istefaya çağırıb. İmperialist mövqeyi ilə tanınan general İvaşovun özbaşına bu cür bəyanat verə biləcəyi inandırıcı deyil, güman ki, onu “yuxarı”dan kimlərsə cəsarətləndirib. Moskvada Ukraynaya hücumla bağlı səslənən rəsmi təkziblərin qətiyyətli, inandırıcı olmamasının və nəzərə çarpan ziddiyyətin başqa bir səbəbi də bu ola bilər ki, qəti, aydın təkzib Rusiyanın Qərb və Ukrayna üzərində çəkindirici təsirini azaldar və onun qurduğu oyunun mənası qalmaz.
Rusiyanın Ukrayna qarşısında hərbi üstünlüyü olsa da, yeni bir hərbi müdaxilə qanlı savaşa yol açacaq və qətiyyən asan olmayacaq. ABŞ kəşfiyyatının dediyi, ehtimal olunan raket-aviasiya hücumları Ukraynanın hərbi potensialını sarsıda bilər, amma Rusiya maraqları baxımından hər hansı pozitiv siyasi nəticə verməz. Quru qüvvələrini hərəkətə gətirməklə Ukraynada işğal zonasını genişləndirmək olar, amma bunun da strateji mənada Moskvaya nə qazandıracağı aydın deyil, çünki Kiyev bu halda da təslimçi sülhə getməyəcək, əksinə, İvaşovun dediyi kimi, Rusiyaya qarşı düşmənçilik və nifrət daha da güclənəcək, Qərbdə Rusiyanı dəstəkləyən çevrələrin səsi tamamilə “batacaq”. Başqa bir problem də budur ki, Putin hərbi müdaxilə qərarı verməklə ABŞ kəşfiyyatının Rusiya dövləti içərisindən nə qədər asanlıqla məlumatlar ala bildiyini də təsdiqləmiş olacaq. Halbuki xüsusi xidmət zabiti ötən 22 ildə möhkəm dövlət yaratdığı ilə öyünür.
İki gün əvvəl Berlində Normandiya formatında keçirilən danışıqlarda Kiyev növbəti dəfə Moskvanın tələblərini rədd etdi, dünən isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya sərhədi yaxınlığında – Xarkovda keçirilən toplantısında rusiyayönümlü “NAŞ” telekanalı və o qrupa daxil olan şirkətlərə sanksiya tətbiq olundu. (İndiyə qədər də düşmən dövlətə yaxın təbliğat ruporlarının Ukraynada sərbəst fəaliyyəti bu ölkədə milli dövlət quruculuğu yolunda hələ çox işlər görülməli olduğunu göstərir.) Yəni Ukrayna bütün quru və dəniz sərhədləri boyunca Rusiya ordularının toplaşdığı bir məqamda belə, qorxmadığını nümayiş etdirir, Rusiyanın tələblərini rədd etmə cəsarəti sərgiləyir. Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusu ilə döyüşə hərbi baxımdan nə dərəcədə hazırlıqlı olması mübahisəli məsələdir, amma psixoloji baxımdan hazır olması məlumdur. Bu, çox önəmli detaldır. Rusiya üçün Qərbin sanksiya və digər hədələrindən daha çox, məhz Ukraynanın müqavimət iradəsi real problemdir.
Bəs, Putin müharibəyə getmədən, amma sifətini qoruyaraq bu vəziyyətdən necə çıxa bilər? Bunun üçün sınanmış model var: Abxaziya və Cənubi Osetiya ssenarisi. Moskva qondarma DNR və LNR-i müstəqil dövlət kimi tanıyıb, oradakı hərbi mövcudluğunu leqallaşdıraraq oyuncaq respublikalara təhlükəsizlik təminatı verə bilər. Bu, A planından (qondarma respublikaların Ukraynaya reinteqrasiyası) vaz keçərək B planını seçmək olsa da, rəsmi təbliğat qərarı daxili ictimaiyyətə Putinin “Rus dünyasının qorunması və birləşdirilməsi” istiqamətində növbəti qələbəsi kimi təqdim edəcək. Ukrayna və Qərb təbii ki, hadisəyə sərt reaksiya verəcəklər, bu halda Rusiyaya yeni sanksiyalar da tətbiq oluna bilər. Amma Ukrayna bununla ayının caynağından qurtulacaqsa, Ukrayna liderləri üzdə olmasa da, qəlblərinin dərinliklərində bu variantı faciə saymayacaq, çünki xarabazara çevrilmiş, üzərində beyni yuyulmuş əhalinin yaşadığı o torpaqların xüsusi bir dəyəri yoxdur. Bəzən bədəni xilas etmək üçün 1-2 barmağı qurban vermək lazım gəlir – vaxtilə Finlandiyanın Kareliya və bəzi digər əraziləri SSRİ-yə vermək zorunda qalması kimi. Hazırda Finlandiya inkişaf etmiş dövlətdir, yeri gəlmişkən, bu sakit ölkə dünən 64 ədəd F-35 döyüş təyyarəsinin alqı-satqısı ilə bağlı ABŞ-la müqavilə imzaladı. Rusiya bütün qonşuların dincliyini pozub, ABŞ-ın bu durumdan necə faydalandığını isə görürsünüz…
Müəllif: Şahin Cəfərli
Xəbərin oxunma sayı : 904
Analiz
Xəbərlər
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
TOP 10
ARXİV