Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ukrayna böhranında kritik gün – Bu gün Putin və Bayden “müharibə, yoxsa sülh” məsələsini aydınlaşdıracaqlar

Tarix 07.12.21, 13:06

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Co Bayden bu gün - dekabrın 7-də rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq. Videokonfrans formatında olacaq görüş Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığdığı bir vaxtda keçirilir.

İki lider, Bayden yanvarda vəzifəyə keçəndən bəri ikinci dəfədir bir araya gəlirlər. Kreml Ukraynanın NATO-ya heç vaxt üzv olmayacağına təminat istəyir deyə, bu görüş çox əhəmiyyətli hesab edilir.

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 6-da jurnalistlərə deyib ki, əsas mövzu acınacaqlı durumda olan ikitərəfli münasibətlərdir. Onun sözlərinə görə, Ukrayna, NATO-nun genişlənməsi, təhlükəsizliyə təminat da diqqət mərkəzində olacaq.

Putinlə danışıqlardan öncə Bayden ABŞ-ın müttəfiqləri olan Britaniya, Fransa, İtaliya və Almaniya liderləri ilə danışıb. Ağ Evin bəyanatında deyilir ki, liderlər Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək bildirib, Rusiyanı regionda gərginliyi azaltmağa çağırıblar.

ABŞ rəsmiləri Rusiyanın Ukraynanın şimalında və şərqindəki regionlara, eləcə də 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasına 150 mindən çox əsgər yığdığını deyirlər. Bu, son illər Rusiya qüvvələrinin Ukraynaya doğru ən böyük irəliləməsidir.

ABŞ administrasiyasının dekabrın 6-da jurnalistlərə bildirdiyinə görə, Prezident Putinin hərəkətə keçmək göstərişi verməsinin aydın əlaməti yoxdur: “Gördüyümüz hərəkətlilik daha çox planlaşdırma, niyyətlə bağlıdır. Bu mənada biz tərəfdən planlaşdırma aydındır”.

Annonimlik şərtilə danışan bir rəsmi isə deyib ki, Ukrayna yaxınlığında, çoxsaylı ərazilərdə əlavə qüvvələr görünür və bu hərəkətlilik Ukraynaya doğru hərbi eskalasiyanın planlaşdırılmasına uyğun gəlir. Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən sonra Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb. Rusiya isə separatçılara dəstək vermədiyini deyir. İndiyədək bu münaqişədə 13 min 200-dən çox insan həlak olub, 1 milyondan çox qaçqın yaranıb.

Baydenlə Putinin iyunda Cenevrədə görüşündən sonra çoxsaylı ekspertlər Ukrayna münaqişəsinin həllinə ümid bəsləyirdi. Amma bu baş vermədi. Üstəlik, Ukrayna yaxınlığına əsgər və texnikanın cəmləşməsi ABŞ kəşfiyyatının xəbərdarlıq siqnallarını artırmasıyla nəticələnib. İki lider iyulda da danışıb. O zaman Bayden Putini Birləşmiş Ştatlara qarşı haker hücumları ilə mübarizə aparmağa çağırıb. Bu hücumların çoxu ya Rusiyadan işləyir, ya da bu ölkədən qaynaqlanır.

Həftəsonu adı çəkilməyən ABŞ rəsmiləri “The Washington Post”a və digər media orqanlarına deyiblər ki, Rusiya gələn ilin əvvəlində 175 minədək əsgərlə Ukraynaya qarşı müxtəlif cəbhələrdə hücuma keçə bilər. Ukrayna NATO-nun üzvü deyil, yaxın illərdə də üzv olacağı gözlənilmir. Putin və digər Rusiya rəsmiləri deyirlər ki, belə bir üzvlük Kreml üçün “qırmızı xət”dir. Moskva NATO-nun keçmiş sovet respublikalarına doğru genişlənməsini xəyanət hesab edir.

Prezident Bayden isə ötən həftə bildirib ki, Ukraynada Rusiyanın heç bir "qırmızı xətlərini" tanımır. (azadliq.org)



Xəbərin oxunma sayı : 922




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap