“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Ukrayna ordusuna Kurska “Storm Shadow” raketləri ilə zərbə endirmək qadağan edilib - “Telegraph”

Tarix 13.08.24, 9:31

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniya Ukraynaya Kursk vilayətinə hücum zamanı uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyib.

"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti Böyük Britaniya Baş nazirinin ofisinin nümayəndəsinə istinadən məlumat yayıb.

"Böyük Britaniyanın mövqeyi dəyişməyib. Biz Ukraynaya beynəlxalq humanitar hüquqa uyğun olaraq, Rusiyanın qanunsuz hücumlarından müdafiə oluna bilməsi üçün hərbi yardım göstəririk”, - o bildirib.

Daha əvvəl Böyük Britaniya hökumətinin nümayəndələri Kiyevə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün “Storm Shadow” raketlərindən istifadə etmək icazəsinin verilməsi ilə bağlı ziddiyyətli bəyanatlar veriblər.

Böyük Britaniya KİV-inin iddiasına görə, London real mövqeyi ilə bağlı Rusiyanın məlumatlı olmaması üçün vəziyyəti qəsdən qarışdırır.



Xəbərin oxunma sayı : 907




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap