“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ukrayna ordusunun qərargahı: “Döyüşlər dayandı, mövqelərimizi əldən vermədik“

Tarix 18.02.20, 14:29

Font ölçüsü : - / +
bitmap-img6



Bu dəqiqələrdə Ukrayna ordusunun Donbassdakı əməliyyatlar üzrə qərargahı Luqansk separatçılarının hücumunun dayandırıldığını açıqlayıb. Məlumatda deyilir ki, Ukrayna ordusu möqelərini əldən verməyib və düşmən geri oturdulub. Hazırda döyüşlər səngiyib, ara-sıra atəş səsləri eşidilir.

***

Donbassda Luqansk separatçılarının bu gün səhər saatlarından başlayan hücumu nəticəsində Ukrayna ordusu Zolotoy yaşayış məntəqəsinin yaxınlığında tutduğu mövqeni itirib və geri çəkilib. TSN kanalı xəbər verir ki, separatçıların bu günkü həmləsi son bir neçə il ərzində ilk belə irimiqyaslı hücumdur. Hücum nəticəsində 72-ci briqadanın məsuliyyət zonasında olan döyüş mövqelərindən biri itirilib, bir neçə döyüşçü yaralanıb. Hərbçilər bildirir ki, atəşin başlaması 2015-ci ili xatırladırdı, separatçılar Ukrayna ordusunun mövqelərinə yox, kvadratlar üzrə atəş açırdı. Hazırda ağır döyüşlərin davam etdiyi bildirilir.

***

Ukraynanın şərqində vəziyyət gərginləşib və irimiqyaslı toqquşmalar başlayıb.

Virtualaz.org xəbər verir ki, bu gün səhərə yaxın qondarma “Luqansk xalq respublikası”nın qüvvələri Novotoşkovsk, Orexovo, Krımskoe və Xutor Volnıy yaşayış məntəqələri istiqamətində Ukrayna ordusunun mövqelərinə hücuma keçib.

Donbassdakı Ukrayna qüvvələrinin qərargahı bildirir ki, separatçıların qüvvələri təmas xəttini yarmağa çalışır. Ukrayna Silahlı Qüvvələri itkilər verir. 


“İşğalçılar bizim mövqelərimizə Minsk razılaşması ilə qadağan olunan silahlardan atəş açır. Düşmən 120 millimetrlik minaatanlar, iriçaplı pulemyotlar, qumbaraatanlar, artilleriya tətbiq edir”,-qərargahdan bildirilib.

Ukrayna ordusu separatçıların hücumunun qarşısını almağa çalışır və onlara qarşı cavab tədbirləri görür. “Döyüşlər səhər saat 5-dən davam edir. Cəbhədə situasiya çox ağırdır, artilleriya işləyir, gurultudan qulaq tutulur”,-təmas xəttinə yaxın yaşayış məntəqəsində olan jurnalist Yuri Butusov Facebook-da yazıb.

Virtualaz.org




Xəbərin oxunma sayı : 199




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap