Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ukrayna parlament seçkiləri ərəfəsində – Zelenskinin partiyası öndədir

Tarix 18.07.19, 15:03

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynada yeni seçki sorğusunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, Sosial Tədqiqatlar İnstitutu ilə Sosial Monitorinq Mərkəzinin 3-10 iyul arasında keçirdiyi sorğuya 3000-dən çox şəxs cəlb olunub.

İyulun 21-i Ukraynada parlament seçkisi keçiriləcək. Qanun 450 yerlik parlamentin 225 deputatının majoritar üsulla (dairələrdən), 225 deputatının proporsional sistemlə (partiya siyahıları üzrə) seçilməsini hökm edir. Ancaq ərazilərin bir hissəsi işğal edildiyi üçün seçki 199 dairədə təşkil olunacaq.

Proporsional sistem üzrə 22 partiya yarışır. Ali Radaya düşmək üçün partiya azı 5% səs toplamalıdır.

Sosial Tədqiqatlar İnstitutu ilə Sosial Monitorinq Mərkəzinin sorğusuna əsasən, respondentlərin 42,5%-i prezident Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyasına səs vermək istəyir.

Sabiq prezident Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası sorğuda 8,1% nəticə göstərib.

Müxalif Platforma Partiyasına respondentlərin 15,1%-i, Batkivşina Partiyasına 7,6%-i dəstək verib.

Səs Partiyası və Vətəndaş Mövqeyi Partiyasının hər birinə seçicilərin 4,8%-i, Güc və Şərəf Partiyasına 4,6%-i səs vermək niyyətindədir.

Ukrayna Konstitusiyasına görə, hökuməti parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur.



Xəbərin oxunma sayı : 292




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap