Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ukrayna prezidenti Lukaşenkonu qınadı – “Qəribə, səhv və yolverilməzdir...”

Tarix 15.08.20, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna prezidenti Viladimir Zelenski Belarus hakimiyyətinin əvvəllər Donbassda Ukrayna qoşunlarına qarşı vuruşduğu iddia edilən 32 Vaqner döyüşçüsünün Rusiyaya təhvil verilməsi qərarını qəribə, səhv və yolverilməz adlandırıb. 

Zelenskinin sözlərinə görə, Ukrayna, vaqnerlərdən fərqli olaraq Belarusun daxili işlərinə qarışmır. "Bu, xoşagəlməz bir hekayədir. Orada etimad, obyektivlik və mənfi nəticələrin adekvat qiymətləndirilməsi diqqətdən kənarda qaldı" - deyən Zelenski, vurğulayıb ki, diplomatik və hətta şəxsi kanallar vasitəsi ilə tutulan Rusiya vətəndaşlarının Minskdən məhz Kiyevə verilməsinə çalışıb.

Zelenskiyə görə, bu qərarın nəticələri faciəli olacaq. "Allah Belarus hakimiyyətinə öz ərazilərində başqa bir alovlu, qanlı Donbassı almaq şansı verməsin", - Ukrayna prezidenti qeyd edib.

Artıq bir həftədir ki, Belarusiyada kütləvi etirazlar davam edir. "Vaqneritlərin" iğtişaşların hazırlanmasında iştirak edə biləcəyini söyləyən prezident Aleksandr Lukaşenko, son günlər bunları xatırlatmadı, ancaq Rusiya müxalifət lideri Aleksey Navalnının etirazlarla əlaqəsi olduğunu söyləyib.

Xatırladaq ki, iyulun sonunda Belarusda 33 Rusiya vətəndaşı tutuldu. Belarus tərəfinin yaydığı məlumatlara görə, həmin şəxslər ölkəyə iğtişaşlar hazırlamaq üçün gəlib. Yayılan adlardan aydın olub ki, saxlanılanların əksəriyyəti əvvəllər Rusiya tərəfindən dəstəklənən separatçılar tərəfində Ukrayna ordusuna qarşı vuruşublar. Hətta özü də Donbassda döyüşən rus yazıçısı Zaxar Prilepin həbs olunanlardan ikisinin şəxsi mühafizəçiliyində olduğunu yazıb.

Rusiya tərəfinin rəsmi versiyasına görə, bu insanlar xarici ölkələrdən birinə tranzit olaraq göndərilibmiş. Onların gedəcəyi ölkələrə gəlincə, bu məlumatlarda Türkiyə və Venesuelanın adları çəkilib. Ukrayna rəsmi olaraq Minskinin tutduğu 33 nəfərdən 28-ni tələb edirdi.

Avqustun 14-də Rusiya Baş Prokurorluğu Rusiya vətəndaşlarının Moskvaya təhvil verildiyini açıqlayıb. (Belarus pasportu ilə tutulanlardan biri isə sərbəst buraxılıb və Minskdə qalıb). Amma həmin şəxslərə qarşı ittihamların ləğv edilib-edilmədiyi bildirilmir, lakin Rusiya mənbələri bu şəxslərin heç bir şəkildə mühakimə olunmayacaqlarını söyləyiblər. (azadliq.org)



Xəbərin oxunma sayı : 2827




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap