Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ukrayna seçkiləri: ikinci turda hansı namizədlər yarışa bilər?

Tarix 15.03.19, 14:13

Font ölçüsü : - / +
bitmap-img6


Martın 31-də Ukraynada prezident seçkisi keçiriləcək. “Euronews” ilkin olaraq 44 namizədin qeydiyyatdan keçdiyini, amma onların sayının artıq 39-a düşdüyünü yazıb. Son rəy sorğuları namizədlərin heç birinin çoxluğu qazana bilməyəcəyini göstərir və bu da aprelin 21-də seçkinin ikinci raundunun mümkünlüyünü ortaya çıxarır

2014-cü ildə rusiyapərəst Viktor Yanukoviç devriləndən sonra ölkədə növbədənkənar seçki keçirildi və martın 31-də ilk dəfə olaraq ümummilli seçki baş tutur.

İndiki prezident Petro Poroşenko 2014-cü il mayın 25-də səslərin 55%-ni qazandı. O, Ukraynada sülh, Donbas regionunun reinteqrasiyası, struktur islahatları, qərbi Avropayla daha sıx assosiasiya vəd etdi.

Bunlardan bəzilərini gerçəkləşdirə bilsə də, ölkənin şərqində münaqişə davam edir. 2014-cü ildə Krım regionunu ilhaq edən Rusiya buradakı separatçıları dəstəkləyir. Görünür, yeni prezidentin siyahısı da problemlərdən əskik olmayacaq.

Hazırda seçki marafonunun lideri komediya ustası Vladimr Zelenski sayılır, onu 25 faiz dəstəkləyir. “Euronews” yazır ki, bu reytinq ukraynalıların çoxunun məyusluğunu, hakimiyyətdəki siyasətçilərə inamsızlığını göstərir. Zelenskini güclü oliqarxlardan sayılan Iqor Kolomoyski dəstəkləyir.

Son rəy sorğuları Prezident Poroşenkoya dəstəyin 17%, keçmiş baş nazir Yulya Timoşenkoya isə 18 faiz olduğunu üzə çıxarıb.

Vətəndaş Mövqeyi partiyasının lideri, keçmiş müdafiə naziri Anatoli Xristenkoya  dəstək 10,3%-dir. Devrilmiş prezident Viktor Yanukoviçin dostu Yuriy Boykoya dəstək 10 faizə yaxındır. O, Rusiyaya meylli çoxsaylı partiyalardan birini təmsil edir. (azadlıq.org)



Xəbərin oxunma sayı : 250




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap