Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ukrayna yığması “Yaşasın qəhrəmanlar!” şüarından məhrum edilir

Tarix 10.06.21, 22:45

Font ölçüsü : - / +
bitmap-img6


16-cı Avropa futbol çempionatında iştirak edən Ukrayna milli komandasının geyim forması ilə bağlı yeni tələb qoyulub.

AzFakt.com bildirir ki, yığma üzvlərinin köynəyinin (futbolkalarının) çöl hissəsinə Rusiyanın ilhaq etdiyi Krım da daxil olmaqla Ukraynanın xəritəsinin cizgiləri həkk edilib, hərbi salamlama şüarı – “Yaşasın Ukrayna!” yazılıb.

Köynəyin iç hissəsində isə “Yaşasın qəhrəmanlar!” şüarı yer alır.

Qitənin ali futbol təşkilatı – UEFA-nın iyunun 10-da yaydığı açıqlamada qeyd olunur ki, “Yaşasın qəhrəmanlar!” şüarı formanın rəsmən təsdiqlənən variantına sonradan əlavə edilib, siyasi və militarist məna daşıyır. UEFA həmin şüarı köynəkdən yığışdırmağı tələb edib.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib, ölkənin şərqindəki iki separatçı rejimin əli ilə Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edib. Vətən müharibəsində Ukrayna minlərlə şəhid verib.

16-cı Avropa futbol çempionatı iyunun 11-də start götürür. Ukrayna milli komandası C qrupunda Niderland, Avstriya, Şimali Makedoniya ilə yarışacaq. Qrupun oyunları Amsterdam və Buxarestə salınıb. (novator.az)



Xəbərin oxunma sayı : 454




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap