Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ukraynada 9 casus ələ keçirildi – Odessalı məmur qadın…

Tarix 23.03.17, 1:18

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynada Rusiya xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin üzvü olan 9 nəfər saxlanılıb.

Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rəisinin aparat rəhbəri Aleksandr Tkaçuk bildirib.

Məlumatda bildirilir ki, rezidentura şəbəkəsinin zərərsizləşdirilməsində UTX əməkdaşları və “Alfa” qrupunun döyüşçüləri iştirak ediblər. Tkaçukun dediyinə görə, ifşa olunan qrup ölkənin cənub-şərqində fəaliyyət göstərirmiş. Dəstə martın 19-da ələ keçirilib.

A.Tkaçuk qeyd edib ki, qrup üzvləri keçmiş və hazırkı hərbçilərdir. “Onlara hərbi və dövlət əhəmiyyətli qurumlara nüfuz etmək, habelə məxfi informasiyaları ələ keçirmək tapşırığı verilmişdi” – deyə aparat rəhbəri bildirib.

Bundan başqa, o, qeyd edib ki, qrup üzvləri Ukrayna ərazisində təxribat və terror hadisələri törətməyə hazırlıq görürmüş, həmçinin “Odessa Xalq Respublikası”nın yaradılmasını dəstəkləyiblər. Qrupun əlaqələndiricisi dövlət qulluğunda çalışan odessalı qadındır. Tkaçuk bildirib ki, həmin qadın Krımdakı kəşfiyyat mərkəzində təlim keçib.

Rusiya tərəfi məsələ ilə bağlı hələlik heç bir şərh verməyib.



Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap