Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Ukraynada azərbaycanlı soyğunçu dəstə ifşa olundu

Tarix 21.06.18, 0:39

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynanın hüquq mühafizə orqanları soyğunçuluq məqsədilə cütlüyə hücum etmiş Azərbaycan vətəndaşlarını həbs edib

Virtualaz.org bildirir ki, bu barədə Lvov vilayətinin polis idarəsi məlumat yayıb.

İyunun 19-da Brodovsk polis şöbəsinə xəstəxanaya açıq kəllə-beyin travması diaqnozu ilə 59 yaşlı kişi və qapalı kəllə-beyin travması və baş nayihəsinin xəsarətləri ilə 66 yaşlı qadının daxil olduğu ilə bağlı məlumat verilib.

Polis əməkdaşları həmin şəxslərin bədən xəsarətlərini yaşadıqları ünvanda aldıqlarını müəyyən edib. Məlumata görə, saat 23 radələrində qadının olduğu evə naməlum şəxslər basqın edib.

Onları qadının başına küt dəmir alətlə zərbə endirib. Aldığı zərbədən qadın huşunu itirib. Cinayətkarlar bu müddət ərzində evdə axtarış apararaq, 1000 qriven və 500 ABŞ dolları dəyərində zinət əşyalarını və televizoru oğurlayıblar.

Soyğunçular evi tərk etdikdən sonra qadın onunla birgə yaşayan kişinin də yerdə qan içində əlləri skotçlanmış vəziyyətdə aşkarlayıb.

Həmin gün Jitomir vilayətində polis əməkdaşları isti izlərlə 3 cinayətkarı yaxalayıb. Dəstənin dördüncü üzvü isə iyunun 20-də ələ keçib. Onların hamısı 36-50 yaşlarında olan və Ukrayna ərazisində qanunsuz yaşayan Azərbaycan vətəndaşlarıdır.

Cinayətkarları 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.



Xəbərin oxunma sayı : 307




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap