“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Ukraynada karantin rejimi yumşaldılır- Baş nazirdən açıqlama

Tarix 23.05.20, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynada koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin rejimi yumşaldılır. Mayın 22-dən etibarən bəzi məhdudlaşdırıcı tədbirlər yumşaldılaraq, karantinə uyğunlaşma modeli tətbiq olunub.

Azərtac xəbər verir ki, Ukraynanın Baş naziri Denis Şmıqal facebook səhifəsində hökumətin ümummilli məhdudlaşdırıcı qaydaları yumşaltdığını, lakin bununla yanaşı, həmin qaydaların yalnız epidemioloji vəziyyət baxımından bəzi regionlarda qüvvədə qalacağını bildirib.

Mayın 22-dən etibarən Ukraynada tamaşaçısız, 50 nəfərdən çox iştirakçının olmaması şərti ilə idman oyunlarının, dini tədbirlərin keçirilməsinə, avtonəqliyyat vasitələri ilə müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarına, mehmanxanaların fəaliyyətinə, mayın 25-dən isə metropolitenin və uşaq bağçalarının işinə icazə verilir.

Həmçinin qeyd etmək lazımdır ki, iyunun 1-dən ölkədə vilayətlərarası daşımalara, iyunun 10-dan isə regionlarda karantin rejiminin yumşaldılması ilə əlaqədar binalarda yerləşən restoranların tam fəaliyyət göstərməsinə, mədəniyyət müəssisələrinin, mehmanxana və hostellərin işinə icazə verilir. İyun ayının 15-dən etibarən aviadaşımaların bərpası planlaşdırılır.

Ukrayna Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə 20 min 148 nəfər COVID-19-a yoluxub. Onlardan 6 min 585 nəfəri sağalıb, 588 nəfər isə həyatını itirib.



Xəbərin oxunma sayı : 496




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap