Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ukraynada seçki: Zelenski 73 faizlə ölkənin başçısı seçilib – “Exit poll“un nəticələri açıqlandı

Tarix 21.04.19, 23:12

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynada prezident seçkilərinin ikinci turu başa çatıb.

Yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb.

Seçkilərdə keçirilmiş milli “exit poll”un nəticələrinə görə, Vladimir Zelenski seçkilərin ikinci turunda qalib olub. Seçicilər arasında keçirilmiş rəy sorğusunun nəticələrinə görə, o, 73,2 faiz səs toplayıb. “Exit poll”un nəticələrinə görə, hazırkı prezident Petro Poroşenkoseçicilərin 25,3 faizinin səsini toplayıb.

Vladimir Zelenski milli “exit poll”un nəticələrinin elan edilməsindən sonra seçicilərinə təşəkkür edib.

O, tərəfdarlarına dəstəyə görə minnətdarlığını bildirib.

“Biz bunu birlikdə etdik. İndi heç bir pafos olmayacaq, mən sadəcə təşəkkür demək istəyirəm. Dəstək üçün öz valideynlərimə, güc və dözüm üçün xanımıma təşəkkür edirəm. Təşəkkürlər bütün bizim komandamıza, bütün qərargaha, hər kəsə, ekspertlərə, hüquqşünaslara, könüllülərə, müşahidəçilərə..! Hamıya təşəkkür”, – deyə o, öz qərargahında çıxış edərkən bildirib.

Zelenski həmçinin “Kvartal 95”-ə, eləcə də hüquq-mühafizə orqanlarına təşəkkür edib/Report.




Xəbərin oxunma sayı : 373




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap