Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ukraynanın üç sabiq prezidenti yenidən Bakıya gəlir

Tarix 15.02.17, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko Bakıda bir araya gələcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, sabiq prezidentlər martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə gələn ay Azərbaycana səfər edəcəklər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan Ukraynanın 3-cü prezidenti Viktor Yuşşenko Rusiya Federasiyasının sabiq dövlət katibi və baş nazirin müavini Gennadiy Burbulislə birgə forumda “Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı paneli təqdim edəcək. “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlər müzakirə ediləcək.

V Qlobal Bakı Forumunu Diasporla İş üzrə Dövlət Komitəsinin yaxından dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həyata keçirir. Forumda Latviyanın, Albaniyanın, Makedoniyanın, Monteneqronun və digər ölkələrin hazırkı prezidentləri, eləcə də bir sıra tanınmış ictimai-siyasi xadimlər, elm adamlarının iştirakı planlaşdırılır.

Qeyd edək ki, Viktor Yuşşenko əvvəlki 4 forumda iştirak edib, L.Kravçukla L.Kuçma isə III Qlobal Bakı Forumuna qatılıblar.



Xəbərin oxunma sayı : 334




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap