Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ukraynanın ilk prezidenti Kravçuk prezident seçkilərindən və Zelenskidən yazır:“Ukraynaya qulluq edəcəksə, ona mane olmayacağam” – Təhlil

Tarix 24.04.19, 14:13

Font ölçüsü : - / +
bitmap-img6


Leonid Kravçuk

Novoye vremya (Ukrayna), 23.04.2019

Biz hökumət tərəfdən demokratiyadan danışırıqsa, onda çox da irəli getməmişik. Bizim hökumətin isə avtokratik idarəçilik formasına meyli var: xalqın altında deyil, üstündə olmaq istəyərdi. O anlamır ki, onu xalq seçir, qoruyur və kirayə edir ki, onun iradəsini yerinə yetirsin.  Hakimiyyət elə düşünür ki – ən azı, belə hərəkət edir – guya xalqın üstündədir. Və nəticədə hakimiyyət və xalq hərəsi özü üçün yaşayır. Bölünmüşlər kimi: xalq çağırır, hakimiyyət isə eşitmir.

Təəssüf ki, hakimiyyətin fəaliyyətində sakral elementlər də duyulur. Orada hesab edirlər ki, haradansa göylərdən gəliblər. Sanki hansısa qüvvədən. Buna görə də xalqın üstündədirlər və başqa şəraitdə yaşaya bilərlər. Və hökumətin fəaliyyətini məhdudlaşdırmaq gərək deyil: o zaman öz səlahiyyətlərini yerinə yetirə bilməz. Hökumətə kimsə həmişə mane olur – gah daxili, gah da xarici düşmənlər. Hətta hakimiyyəti tənqid edirsənsə, onda bu qayda ilə Kremlə yardım edirsən.

Belə bir ideologiya bizim hakimiyyətin fəaliyyətində daim var. Bizi qorxudurlar ki, yeni hakimiyyət gələndə ölkənin itirilməsi mümkündür. Ya da kursun dəyişilməsi. Və gələn hakimiyyət öz vəzifəsinin, ən azı, şimal qonşumuzun öhdəsindən gəlməyəcək, Ukraynanı asılılığa salacaq. Geniş yayılmış bu əfsanələr bildirir: hökumətimizdə əsil demokratiya yoxdur.

Əvəzində xalq demokratiyanın böyük gücünü hiss edib – azadlığın dadnı duyub.


Xalq o xalq deyil


Birinci və ikinci Maydan göstərdi ki, Ukrayna xalqı kələklə və saxta sözlərlə barışmır: öz iradə və gücünü göstərir. Şərqdə durum ağırlaşanda, Rusiya Ukraynaya qarşı təcavüz açanda xalqın özü könüllülər batalyonu təşkil etdi və ölkəni qorumağa yollandı. Sözümün canı ondadır ki, xalq başqa xalq olub: öz imkanlarını duyub və hər dəfə bundan daha geniş yararlanır.

Buna görə də xalq dəyişilib, hakimiyyət isə fəaliyyəti əski sxemlərlə sürdürür. Və bu xalqın indi niyə başqa nizam istədiyi sualına cavabdır. Gördüyümüz kimi, adamlar faktiki heç vaxt siyasətdə olmamış cavana üstünlük verirlər. Yeni siyasətçi demokrat, tolerant, savadlı adamdırsa və şərəf, vicdan və xalq qarşısında məsuliyyətin nə olduğunu anlayırsa, onda öz çevrəsinə təcrübəli komanda yığa bilər. Vacib deyil ki, o, hansısa yüksək vəzifələri tutsun. Başlıcası – idarəçilik sistemində, sosial, iqtisadi, xarici siyasət və ya başqa münasibətlərdə olsun. Bu komanda yığılsa və yenə də gərəkəndə xalqın iradəsinə, ya da birbaşa demokratiyaya söykənərək birlikdə işləməyə başlasa, xalq hakimiyyət üzərində böyük nəzarətə malik olacaq, o isə qorxacaq ki, ona göz qoyurlar. Ən nəhayətdə, səni nəyəsə görə tutmayacaqlarını hiss edəndə onda nədən qorxarsan?

Mən Zelenskinin bəyanatlarını eşitmişəm. Bəli, Ali Radada ona çətin olacaq. Reytinqi indi cüzi olan parlamentdə – köhnə hakimiyyətin bu şəbəkəsində – Zelenskinin komandasına və özünə nifrət yığını var. Politoloqlar, deputatlar, ya da, sadəcə, əski komandanın siyasi xadimləri ondan danışanda hətta ağız-burun büzürlər. Çünki hakimiyyəti itirimək çətindir, təkcə hakimiyyət deyil, həm də onun gətirdiyi gəlirlər itirilir. Lakin seçicilərin önəmli sayı prezidentə səs verirsə – reytinq isə yüksəkdirsə – bu, çox yüksək dəstəkdən xəbər verəcək. Və prezident buna – xalqın iradəsinə və hər şeydən qabaq həll etmək istədiyi vəzifələrə söykənərək qətiyyətlə hərəkət edə bilər. Bu zaman prezidentə belə şəraitdə məhz Ukrayna xalqının maraqlarında hərəkət etmək imkanı verən qanunlara və Konstitusiyaya söykənməklə.

Bütün bunlar öncədeyimlərdir. Mən Zelenskinin yalnız mümkün qələbəsindən danışıram.

Nəhayət, prezidentə Ukraynaya başçılıq etməkdə mane olmamalıyıq – Ukraynadan oğurlamaqda prezidentə mane olmalıyıq. Buna görə də seçkilərdə kimin qalib gəldiyindən asılı olmayaraq o, Ukrayanaya qulluq edəcəksə, mən ona mane olmayacağam. Əgər yenidən indiki kimi hərəkət edərsə – biznes tərəfdaşlarını, dostlarını və qudaları başına yığarsa, həmişə qəti şəkildə ona qarşı duracağam.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 577




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap