Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ukraynanın yeni birinci xanımı: Yelena Zelenskaya kimdir? (FOTOLAR)

Tarix 22.04.19, 21:39

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynada prezident seçkilərinin ikinci turu keçirilir. Birinci turdakı nəticələr, bugünkü səsvermə prosesinin gedişi də göstərir ki, Vladimir Zelenskinin bu ölkənin növbəti prezidenti seçilmək şansı yüksəkdir.

Reyting.az bildirir ki, bu, səsvermə başa çatandan, nəticələr açıqlanandan sonra dəqiqləşəcək. Ancaq Zelenskinin indiki prezident Pyotr Poroşenkoya qalib gəlmək şansı yüksək olduğunundan, neçə vaxtdır Ulraynanın gələcək birinci ledisinin kimliyi də gündəmə gəlib. 

Aktyor, rejissor və prodüsser Vladimir Zelenski 30,32 faiz səs toplamaqla Ukraynada keçirilən prezident seçkilərinin birinci turunun favoritlərindən biri olmuşdu. O, indiki prezident Pyotr Poroşenko (15,94 faiz) ilə bu gün keçirilən ikinci tura keçib.

Ukraynanın yeni birinci ledisi olmağa namizəd Yelena kimdir?

“Exit-poll”un nəticələri açıqlanan gecə Zelenski dəstəyə görə həyat yoldaşı Yelenaya təşəkkür etmişdi: “Sağ ol, mənim pencəyimə baxın, arvadım hazırlayıb – bu üç ayda”, - namizəd söyləyib.

Bundan əvvəl Vladimir Zelenski Dmitri Qordona müsahibəsində arvadının ona böyük təsirinin olduğunu etiraf edib: “O hesab edir ki, mənə güclü təsir göstərmir, ancaq həqiqi mənada bəli, edir. Mən ona çox güvənirəm”, - siyasətçi vurğulayıb. 

Yelena Zelenskaya nə işlə məşğuldur?

Ukraynanın yeni birinci ledisi olmağa namizəd Yelena kimdir?

Yelena Zelenskaya (qızlıq soyadı Kyaşko) 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərində anadan olub. O, gələcək əri ilə eyni məktəbdə, paralel siniflərdə oxuyublar, ancaq onunla 17 yaşında tanış olub. O zaman hər ikisi ali məktəbin birinci kursunda oxuyurdular. 

“O, mənim diqqətimi təmizliyi, ziyalılığı və hazırcavablığı ilə cəlb edib. Sonra mənə onunla heç vaxt darıxdırıcı olmayıb”, - Yelena xatirələrini bölüşüb. 

Ukraynanın yeni birinci ledisi olmağa namizəd Yelena kimdir?

Vladimir Zelenskinin həyat yoldaşı Krivoj texniki universitetinin tikinti fakültəsini əlaçı kimi bitirib. Yelena memar ixtisası diplomunu alıb, lakin faktikmi olaraq bu işlə məşğul olmayıb. Gəncliyində tez-tez Vladimiri çıxışlarında, Şən və Hazırcavablar Klubundakı məşqlərində müşayiət edib. Yelena Zelenskaya əvvəlcə onun komandasının, sadəcə hazırlıqlarında görünüb, sonra yavaş-yavaş kollektivə miniatürlər düşünməkdə kömək etməyə başlayıb, lap sonralar isə komandanın bütün çıxışlarının müəllifi olub. 

2003-cü ildə, 8 illik münasibətdən sonra cütlük evlənib. 2004-cü ildə ailənin Saşa adlı qızı, 2013-cü ildə Kirill adlı oğlu doğulub. Yelena nikahda olduğu zaman ərinə məxsus olan “Studiya Məhəllə 95” şirkətinin layihəsi üçün ssenari yazıb. Bəzi kütləvi informasiya vasitələrinin məlumatına görə, o, Zelenskinin baş qəhrəman, tarix müəllimi, sonra ölkənin prezidenti olan Vasili Qoloborodkonun rolunu oynadığı “Xalqın xidmətçisi” serialının ortaya çıxmasında iştirak edib.

Yelena Zelenskaya siyasətlə məşğul olurmu?

Ukraynanın yeni birinci ledisi olmağa namizəd Yelena kimdir?

Yelena Zelenskaya aktyorun prezidentliyə namizədliyinin irəli sürlüdüyü “Xalqın xidmətçisi” partiyasının birinci qurultayında olub. Bəzi KİV-lər ehtimal edirdi ki, Yelena da həmin siyasi təşkilatın üzvüdür. Ancaq Zelenskaya bunu təkzib edərək deyib ki, qurultayda, sadəcə ərini dəstəkləmək üçün iştirak edib. O, həmçinin qeyd edib ki, ərinin seçkiqabağı işində fəallıq göstərib: “Əlbəttə, ailədə şam yeməyi zamanı nələrsə barədə öz fikrimi söyləyə bilərəm. Mənə görə, bu hesaba alınmamalıdır”.

Bu arada KİV-lərdə yazılıb ki, Yelena seçkiqabağı kampaniya zamanı tez-tez əri ilə qərargahda olurdu. Seçkinin birinci turuna az qalmış o etiraf edib ki, hələ ki özünü birinci ledi statusunda görmür.

Ukraynanın yeni birinci ledisi olmağa namizəd Yelena kimdir?

“Mən hələ ki birinci ledi olub-olmayacağımla bağlı taym-aut götürmüşəm. Zamanı gələndə biz hər şeyi həll edəcəyik. Mən qabaqcadan nəsə deməyə qorxuram”, - Yelena Zelenskaya ICTV telekanalına müsahibəsində vurğulayıb. 

Namizədin həyat yoldaşı onu da söyləyib ki, Vladimir Zelenskinin seçkilərdə iştirak etmək ideyasını “Xalqın xidmətçisi” serialının pərəştişkarları irəli sürüblər. Onlar daim bu haqda sosial şəbəkələrdə yazıblar. Yelena özü əvvəlcə bu ideyanın əleyhinə olub, ancaq sonda ərinin seçimi ilə razılaşıb. 

Onun sözlərinə görə, Zelenski çox məqsədyönlü adamdır, ona görə onun qərarlarına müqavimət mənasızdır. 

Ukraynanın yeni birinci ledisi olmağa namizəd Yelena kimdir?

- Hər bir uğur əldə edən kişinin arxasında ağıllı qadın dayanır, - Zelenski ailəsinin tanışı, bunu əminliklə söyləyir. 

Vladimir etiraf edir: “Arvadım hərdən məndən inciyir. Məsələn, mənim başqası ilə gəzdiyimi yuxuda gördüyünü deyir. Mən ona deyirəm: “Bu ki yuxudur!” O isə yenə də qısqanır... Əgər onsuz restorana gedirəmsə, dərhal ona xəyanət hissi keçiriəm. Amma aydındır ki, qondarma”.

Zelenski özü həyat yoldaşına açıq şəkildə minnətdarlıq etməkdən çəkinmir. “Arvadım dəstəyinə görə sağ olsun, məni bu üç aytda arvadım hazırlaşdırıb”, - o, bunu yaxınlarda seçki ilə bağlı fikirlərini bölüşərkən deyib.






Xəbərin oxunma sayı : 673




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap