Evli kişi ilə ailəli olan Şəbnəmin yeni doğulan körpəsinin ilk FOTOLARI Emin: “Trampla yanvarda əlaqə saxlamışam, bizi yaddan çıxarmır...” Emin Ağalarov Moskvada televiziyaya gələrək, balaca Xoşqədəmi dəstəklədi “8 ildir ki, gecə həyatım yoxdur” - Zamiq
Axtar
 
  • / Maqazin / — 28 Mart 2017

    Evli kişi ilə ailəli olan Şəbnəmin yeni doğulan körpəsinin ilk FOTOLARI

  • / Dünya / — 21 Mart 2017

    Emin: “Trampla yanvarda əlaqə saxlamışam, bizi yaddan çıxarmır...”

  • / Maqazin / — 20 Mart 2017

    Emin Ağalarov Moskvada televiziyaya gələrək, balaca Xoşqədəmi dəstəklədi

  • / Maqazin / — 14 Mart 2017

    “8 ildir ki, gecə həyatım yoxdur” - Zamiq

  • / Maqazin / — 12 Mart 2017

    Azərbaycanlı müğənninin konsertində silahlı insident

  • / Maqazin / — 11 Mart 2017

    Bu da Ceniferin yeni sevgilisi - FOTO

Ulu Öndər Heydər Əliyev: tərəqqipərvər, sülhsevər dünyanın sərvəti

Tarix 12.12.16, 2:19

Font ölçüsü : - / +
bitmap-img6


Bəzən tarixdə elə şəxsiyyətlər yetişir ki, onlar təkcə mənsub olduğu xalqın və dövlətin deyil, bir çox xalqların, hətta bəzən bütün tərəqqipərvər, sülhsevər dünyanının sərvəti hesab olunurlar. Bundan başqa, elə şəxsiyyətlər də olur ki, onlar yalnız yaşadığı dövrə deyil, əməlləri, işığı, ziyası ilə həm də gələcəyə məxsus olurlar. Hətta zaman keçdikcə, onların fikirlərinə, siyasi-mədəni irsinə  daha çox ehtiyac duyulur, daha çox müraciət edilir. 

Bugün əbədiyyətə qovuşmasının 13-cü ilində böyük rəhmət və minnətdarlıq hissi ilə andığımız Ümummilli lider Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Bütün varlığı ilə Azərbaycana bağlı olmuş bu dahi insanın vəfatından sonra nəinki Qafqaz regionunda, bütün keçmiş SSRİ məkanının siyasi palitrasında dərin bir boşluğun yarandığını dövrümüzün ən tanınmış siyasi xadimləri etiraf etmişlər. Heydər Əliyevin siyasi mülahizələri, iqtisadi düşüncələri, idarəetmə texnologiyalarının kamil bilicisi olması zaman kecdikcə bir məktəb olaraq əksər ölkələrdə öyrənilməyə və tətbiq olunmağa başlanması da dediklərimizə əyani sübutdur. 

ABŞ prezidenti Corc Buşun "Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin "Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz itkidir”, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın "Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin "Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür”, Qırğızıstan Xalq yazıçısı Çingiz Aytmatovun "Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik Avrasiyanın yeni tarixinin qurucularındandır”, Kalmıkiya Respublikasının və FİDE-nin Prezidenti Kirsan İlyuminovun "Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir”  kimi fikirləri və bu kimi  çoxsaylı dəyərləndirmələr də Heydər Əliyevin nəinki Azərbaycan tarixində, eləcə də dünyada malik olduğu yeri doğru-düzgün müəyyənləşdirməkdədir. 

Bəli, istər Sovet dönəmində, istərsə də Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşduqdan sonra az qala yarım əsrlik bir dövrdə Heydər Əliyevin mənsub olduğu xalq və rəhbəri olduğu dövlət üçün gördüyü işlər heç bir ölçüyə, mizan-tərəziyə sığmaz və sadalamaqla qurtarmaz. Sadəcə bir faktı xatırlatmaq kifayət edir ki, hərbi, siyasi və iqtisadi cəhətdən qüdrətli müstəqil Azərbaycan Respublikası məhz Heydər Əliyevin dühasının, Heydər Əliyev zəkasının və Heydər Əliyev uzaqgörənliyinin məhsuludur. O Azərbaycan ki, məhz Ulu Öndərin yaratdığı böyük məktəbin məzunu olan Cənab İlham Əliyevin rəhbərliyi altında bu gün parlaq gələcəyə, uğurla sabahlara inamla irəliləməkdədi.

Əbədiyyətə 13-cü ilində böyük rəhmət və minnətdarlıq hissi ilə andığımız Ümummilli lider Heydər Əliyevin yoxluğu cismani bir yoxluqdur... Onun əziz və nurlu xatirəsi daima Azərbaycan xalqının qəlbində yaşayacaqdır!

Fərid ŞAHBAZLI
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri



Xəbərin oxunma sayı : 205

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda